Dünya tarixdə ən isti ayını yaşadı - REKORD
Bizi izləyin

Dünya

Dünya tarixdə ən isti ayını yaşadı - REKORD

Dünya tarixdə ən isti ayını yaşadı - REKORD

2026-cı ilin avqustu dünya üzrə meteoroloji müşahidələr tarixində ən isti ay kimi qeydə alınıb.

Publika.az xəbər verir ki, Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) məlumatına görə, ötən ay qlobal orta səth hava temperaturu 16,96 dərəcə olub.

Bu göstərici 1991-2020-ci illərin avqust ayları üzrə orta temperaturdan 0,85 dərəcə yüksəkdir. Avqustun temperaturu 2023-cü ilin iyulunda qeydə alınan 16,95 dərəcəlik göstəricini də geridə qoyaraq tarixdə ən isti ay rekordunu yeniləyib.

2025-ci ilin noyabrından sonra ilk dəfə aylıq temperatur artımı 1,5 dərəcə həddini keçib. İyun-avqust aylarını əhatə edən yay mövsümü də 1991-2020-ci illərin orta göstəricisindən 0,69 dərəcə isti olub və 2024-cü illə birlikdə tarixdə ən isti yaylardan biri kimi qeydə alınıb.

Avropada avqust ayının orta temperaturu 20,26 dərəcə olub. Bu, normadan 1,10 dərəcə yüksək göstəricidir və 2026-cı ilin avqustunu qitədə ən isti dördüncü avqust edib. Qərbi Avropada isə 2003-cü ildəki rekord geridə qalıb və bölgə tarixdə ən isti yay mövsümünü yaşayıb.

Qütb bölgələri istisna olmaqla, okeanların orta səth temperaturu avqustda 21,07 dərəcəyə yüksələrək bu ay üçün ən yüksək göstəriciyə çatıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm