Dünya
Filippində bərə faciəsi: 5 ölü, 87 itkin
Filippin sahillərində bərənin yanması nəticəsində azı 5 nəfər ölüb, 87 nəfər isə itkin düşüb.
Publika.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi yerli Sahil Mühafizəsinə istinadən məlumat yayıb.
Hadisə çərşənbə günü axşam saatlarında Filippinin Palavan əyalətində, turistlərin daha çox getdiyi ərazi yaxınlığında baş verib. "M/V June Aster" adlı gəmi sahildən 2 kilometrdən bir qədər artıq məsafədə olarkən yanğın baş verib.
Bildirilir ki, gəmidə ümumilikdə 134 nəfər olub. 40-dan çox insanın xilas edildiyi bildirilir.
Hadisə nəticəsində 5 nəfərin öldüyü, 87 nəfərin isə hazırda itkin hesab edildiyi açıqlanıb. Xilasetmə əməliyyatı davam etdirilir.
Adəm
-
Dünya10:12Trampı Ankarada təyyarədən qaçıran avtomobilin sahibi bu türk imiş
-
Maraq dünyası09:48Ən təhlükəsiz nəqliyyat bəlli oldu: Həyatımız üçün qorxu göydə yox, yerdədir
-
Hadisə09:12Xocalıda ANAMA əməkdaşı minaya düşdü - YENİLƏNDİ
-
Sağlamlıq07:35Kosmosdan çəkilən fotolar həqiqəti üzə çıxardı - Yerin rəngi dəyişdi, psixologiyamız pozulur
-
Dünya06:16“Qiyamət günü” bu ölkələr məhv olmayacaq
-
Magazin205:45Gözəllik müsabiqəsinin qalibi 22 yaşında vəfat etdi - Foto
-
ABŞ00:45Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqladı
-
Qoroskop00:27Günün ulduz falı: böyük bir mübahisənin qarşısını alacaqsız































.png)





