Şahzadə Harri Ukraynaya dəstək gecəsinə qatılacaq - Meqan Markl isə...
Bizi izləyin

Dünya

Şahzadə Harri Ukraynaya dəstək gecəsinə qatılacaq - Meqan Markl isə...

Şahzadə Harri Ukraynaya dəstək gecəsinə qatılacaq - Meqan Markl isə...

Britaniya şahzadəsi Harri ölkəsinə qayıtdıqdan sonra Ukraynaya dəstək məqsədilə keçiriləcək xeyriyyə gecəsində iştirak edəcək.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

“United For Freedom” adlı tədbir oktyabrın 1-də Londondakı İmperial Müharibə Muzeyində keçiriləcək.

Xeyriyyə gecəsində milyarder Riçard Brenson da iştirak edəcək. Təşkilatçılar 120 dəvətli qonağın hər birindən 1000 funt sterlinq ianə qəbul etməklə vəsait toplamağı planlaşdırırlar.

Təşkilatçılar tədbirdə Harriyə həyat yoldaşı Meqan Marklın da qoşulacağına ümid edirlər. Lakin onun gecədə iştirak edib-etməyəcəyi hələ təsdiqlənməyib.

Tədbirin nümayəndələri bildiriblər ki, şahzadə Harri daha əvvəl dəfələrlə Ukraynaya dəstəyini açıq şəkildə ifadə edib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm