Berlinlə Kiyev arasında fikir ayrılığı: Ukraynadan pay umur
Bizi izləyin

Dünya

Berlinlə Kiyev arasında fikir ayrılığı: Ukraynadan pay umur

Berlinlə Kiyev arasında fikir ayrılığı: Ukraynadan pay umur

Berlinlə Kiyev arasında Almaniyanın Ukraynaya göstərdiyi genişmiqyaslı hərbi yardımın necə istifadə olunması ilə bağlı fikir ayrılığı yaranır.

Publika.az xəbər verir ki, bu barədə "Berliner Zeitung" məlumat yayıb.

Nəşrin yazdığına görə, Almaniyanın xarici işlər naziri Yohann Vadefulf Ukraynaya dəstəyin davam etdirilməsini getdikcə daha çox Almaniyanın müdafiə sənayesinin də bundan faydalanması gözləntisi ilə əlaqələndirir.

Bu mövqenin Kiyevdə böyük rəğbətlə qarşılanmayacağı bildirilir. Çünki Ukrayna hazırda silah istehsalını sürətlə artırır və müdafiə sənayesinə beynəlxalq investorları cəlb etməyə çalışır.

Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərin nəticələri isə Almaniya hakimiyyətinin ölkə vətəndaşlarına Ukraynaya yardımın xərclərini və bunun Almaniya üçün konkret nəticələrini izah etmək zərurətini artırıb.

Vadefulfun mövqeyinə görə, Almaniya Ukraynaya dəstək verən ən böyük donor kimi yalnız yardım göstərməməli, həm də müdafiə sənayesi üçün sifarişlər hesabına bundan iqtisadi fayda götürməlidir.

Bildirilir ki, müzakirələrin sərtləşməsi Almaniyanın federal büdcəsi və Ukraynaya yardım xərcləri ətrafında yaranan mübahisələrlə bağlıdır. Vadefulf vergi ödəyiciləri qarşısında ayrılan vəsaitlərin hansı məqsədlərə yönəldiyini əsaslandırmaq niyyətindədir.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm