Quşları dron sandılar, hava limanı bağlandı - NATO qırıcısı havaya qalxdı
Bizi izləyin

Dünya

Quşları dron sandılar, hava limanı bağlandı - NATO qırıcısı havaya qalxdı

Quşları dron sandılar, hava limanı bağlandı - NATO qırıcısı havaya qalxdı

Litvada radarların quş sürüsünü dron kimi qeydə alması səbəbindən NATO qırıcısı havaya qaldırılıb, Vilnüs hava limanında uçuşlar isə 40 dəqiqəyə yaxın dayandırılıb.

Publika.az xəbər verir ki, “Reuters” bu barədə Litvanın Böhranların İdarə Edilməsi üzrə Milli Mərkəzinə istinadən məlumat yayıb.

Hadisə zamanı radarlar Vilnüs yaxınlığında pilotsuz uçuş aparatına bənzər obyekt aşkar edib. Bundan sonra hava təhlükəsizliyi tədbirləri çərçivəsində hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb və Şaulyay aviabazasından NATO qırıcısı havaya qaldırılıb.

Qırıcı ərazidə vizual yoxlama apararkən radarların dron hesab etdiyi obyektin əslində quş sürüsü olduğu müəyyənləşdirilib. Bundan sonra təhlükə xəbərdarlığı ləğv edilib və hava limanı 38 dəqiqə sonra fəaliyyətini bərpa edib.

Litvanın Milli Böhran İdarəetmə Mərkəzi bildirib ki, quş sürüləri və dronlar radar ekranında ilk baxışdan oxşar iz buraxa bilər.

Hadisə Baltikyanı ölkələrin hava məkanında dronlarla bağlı təhlükəsizlik narahatlığının artdığı bir vaxtda baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm