Trampdan Londona meydan oxuyan mesaj: Birləşmələri çox təbii qərardır
Bizi izləyin

Dünya

Trampdan Londona meydan oxuyan mesaj: Birləşmələri çox təbii qərardır

Trampdan Londona meydan oxuyan mesaj: Birləşmələri çox təbii qərardır

ABŞ prezidenti Donald Tramp Şimali İrlandiyanın İrlandiya Respublikası ilə birləşməsini dəstəklədiyini açıq şəkildə bəyan edib.

Publika.az xəbər verir ki, Tramp Böyük Britaniyanın baş naziri Endi Börhemin mümkün referendumla bağlı etirazına münasibət bildirərək bu mövzuda fikrindən geri çəkilməyib.

“Hamı belə deyir. Sonra isə nəsə baş verir”, - deyə ABŞ prezidenti bildirib.

Tramp Şimali İrlandiya ilə İrlandiya Respublikasının birləşməsini “bütün zamanların ən təbii qərarlarından biri” adlandırıb.

Qeyd edək ki, ABŞ lideri şənbə günü İrlandiyaya səfərinin əvvəlində də vahid İrlandiyanı görmək istədiyini və bunun hazırda baş verə biləcəyini söyləyib. Onun açıqlamaları həm İrlandiyada, həm də Böyük Britaniyada geniş rezonans doğurub.

Trampın bu mövqeyi ABŞ-ın uzun illər Şimali İrlandiyanın konstitusiya statusu məsələsində saxladığı neytral mövqedən fərqlənir və Londonda narazılıq yaradıb.

ABŞ prezidenti səfərinin sonunda İrlandiya viskisinə tətbiq olunan 10 faizlik gömrük rüsumunun azaldılacağını da açıqlayıb.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm