Dünya
Moskvadan xəbərdarlıq: Polşa fəlakətli nəticə ilə üzləşə bilər
Polşanın baş naziri Donald Tuskun Rusiya ilə mümkün qarşıdurmanın gərginləşməsi ilə bağlı açıqlaması Varşava üçün “fəlakətli nəticələrə” səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik “Qazeta.Ru”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Tuskun açıqlaması Rusiyaya qarşı təxribat xarakterli addımdır və Moskvanın sərt reaksiyasına səbəb ola bilər.
“Polşa böyük problemlərlə, hətta fəlakətli nəticələrlə üzləşə bilər. Suveren dövlətə, nüvə dövlətinə qarşı belə ifadələrdən çəkinmək lazımdır”, - deputat deyib.
Kolesnik Tuskun Rusiya ilə mümkün münaqişə barədə danışmasını “ağılsız addım” adlandırıb. O, Polşa baş nazirinin bu yolla siyasi çəkisini artırmağa çalışdığını ehtimal edib.
Qeyd edək ki, Tusk daha əvvəl Polşanın Rusiya ilə qarşıdurmanın kəskinləşməsini gözlədiyini bildirib. O, buna səbəb kimi sentyabrın 13-də səhər saatlarında Polşa Silahlı Qüvvələrinin Ukrayna sərhədində bir neçə pilotsuz uçuş aparatını qeydə almasını göstərib.
Müəllif: Adəm
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma












.jpg)















.webp)








