Sammitdə diqqətçəkən an: Pezeşkian danışır, hindistanlı məmur yeyir - VİDEO
Bizi izləyin

Dünya

Sammitdə diqqətçəkən an: Pezeşkian danışır, hindistanlı məmur yeyir - VİDEO

Sammitdə diqqətçəkən an: Pezeşkian danışır, hindistanlı məmur yeyir - VİDEO

BRICS sammitində İran prezidenti Məsud Pezeşkianın çıxış zamanı Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysvalın görüntüləri gündəm olub.

Publika.az xəbər verir ki, sosial mediada yayılan görüntülərə əsasən, Pezeşkian çıxış edərkən Caysval masaya qoyulmuş quru meyvələrdən yeməyə davam edib.

Yeni Dehlidə keçirilən sammit zamanı lentə alınan görüntülər istifadəçilər arasında fikir ayrılığına səbəb olub. Bəzi istifadəçilər diplomatik davranış qaydalarını şübhə altına alarkən, digərləri görüntüləri normal qarşılayaraq bildiriblər ki, uzunmüddətli iclaslar zamanı iştirakçılar üçün qəlyanaltılar təqdim olunur.

Görüntülər qısa müddətdə sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm