Dünya
Trampın oğlunun toyunda "Rusiya sirri" - Putinin yaxın dostu nə hədiyyə edib?
ABŞ prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp və həyat yoldaşı Bettina Tramp may ayında keçirilən toy mərasimləri ilə bağlı diqqətçəkən açıqlama veriblər.
Publika.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Bildirilib ki, cütlük toy mərasimindən sonra təşkil olunan iki gecəlik tədbirlərin Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan rusiyalı oliqarx Umar Kremlev tərəfindən maliyyələşdirildiyini təsdiqləyib.
Bettina Tramp sosial media hesabında paylaşdığı açıqlamada Kremlevi onların “yaxın dostu” adlandırıb və onun tədbirlərə ev sahibliyi etdiyini bildirib. O, Kremlevin dəstəyini yüksək səviyyədə nəcib bir toy hədiyyəsi kimi qiymətləndirilib.
"Dostluq siyasi motiv tələb etmir. Nəciblik hansısa gizli məqsəd daşımır. Bəzən toy hədiyyəsi sadəcə toy hədiyyəsidir”, - deyə Bettina Tramp qeyd edib.
Qeyd edək ki, Beynəlxalq Boks Assosiasiyasının (ABB) prezidenti Umar Kremlev bu yaxınlarda Vladimir Putin tərəfindən “Dostluq” ordeni ilə təltif edilib.
Müəllif: Roza
-
Sosial10:42Nazir sinfə girdi, birincilərin reaksiyası diqqət çəkdi - VİDEO
-
Dünya10:12Trampın oğlunun toyunda "Rusiya sirri" - Putinin yaxın dostu nə hədiyyə edib?
-
Nida Xəbər 09:45XİN: Bakının azad edilməsi...
-
Dünya09:36Moskvadan İrəvana Brüssel xəbərdarlığı: Yüksək qiymət ödənilməlidir
-
Nəqliyyat08:55Bakıda 18 istiqamətdə tıxac yarandı - Siyahı/Yeniləndi
-
Nida Xəbər 08:49Azərbaycanın bu ərazisində yeni şəhər yaradıla bilər - “İkinci paytaxt”
-
İqtisadi gündəm07:35Daşınmaz əmlak bazarında yeni vəziyyət - Payızda qiymətlər necə dəyişəcək?
-
Hadisə05:45Şabranda qədim qəbiristanlıqda nə baş verib? - Şeyxin məzarı açıldı













.jpg)









.jpg)










