İspaniyadan bu ölkəyə köçdü: 1 günlük qazancı 2,5 saatda alır
Bizi izləyin

Dünya

İspaniyadan bu ölkəyə köçdü: 1 günlük qazancı 2,5 saatda alır

İspaniyadan bu ölkəyə köçdü: 1 günlük qazancı 2,5 saatda alır

Norveçə köçdükdən sonra cəmi 2,5 saatlıq işlə İspaniyada bir gündə qazandığı məbləği əldə etdiyini deyən Laura Prietonun açıqlamaları diqqət çəkib.

Publika.az xəbər verir ki, bu barədə OkDiario” məlumat yayıb.

Nəşrə danışan Prietonun sözlərinə görə, iki ölkə arasında həm gəlir, həm də iş saatları baxımından ciddi fərq var.

İspaniyadakı iş həyatını geridə qoyaraq Norveçə köçən Prieto hazırda ölkədə otel təmizlik işçisi və turist bələdçisi kimi çalışır. O bildirib ki, Norveçdə daha az işləməklə daha çox gəlir əldə edə və İspaniya ilə müqayisədə daha çox pul yığa bilir.

Nəşr Norveçdə orta aylıq maaşın 63 min 700 Norveç kronu (təxminən 11,500 AZN) olduğunu qeyd edib. Orta baza maaşı isə 58 min 970 kron (təxminən 10,600 AZN) təşkil edir.

Lakin yüksək gəlirlə yanaşı, Norveçdə yaşayış xərclərinin yüksək olması və sərt iqlim şəraiti də diqqət çəkir. Prieto bildirib ki, bu səbəbdən istehlak vərdişlərini dəyişməli olub.

Buna baxmayaraq, o, Norveçdə İspaniyaya nisbətən daha çox qənaət edə bildiyini söyləyib. Prietronun təcrübəsi iki ölkə arasında yalnız maaş fərqini deyil, iş saatları, gəlir və yaşayış xərcləri arasındakı fərqi də ortaya qoyub.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm