Ərdoğan və Tramp görüşəcək - Tarix açıqlandı
Bizi izləyin

Dünya

Ərdoğan və Tramp görüşəcək - Tarix açıqlandı

Ərdoğan və Tramp görüşəcək - Tarix açıqlandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında görüş baş tutacaq.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Ankaradakı səfiri Tom Barrak məlumat yayıb.

Onun sözlərinə görə, sentyabrın 22-də Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının liderlər sammiti başlayacaq.

Ərdoğan sammit çərçivəsində bazar günü ABŞ-a yola düşəcək. Barrak qeyd edib ki, Ərdoğan və Tramp BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda bir araya gələcəklər.

Görüşün gündəliyi və dəqiq vaxtı ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm