Dünya
Cənubi Kiprdə 60 min kvadratmetrlik “Yəhudi şəhərciyi”: 250-dən çox villa tikiləcək
Cənubi Kipr Rum Administrasiyasının (GKRY) Zigi bölgəsində “Kiprdəki ilk Yəhudi icması” kimi təqdim edilən böyük yaşayış layihəsi müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.
Bildirilib ki, Larnaka ilə Limassol arasında yerləşən ərazidə həyata keçirilən “Carob Gardens” layihəsi üçün 60 min kvadratmetrdən çox torpaq sahəsi əldə edilib. Layihənin mərhələli şəkildə inşa ediləcəyi, tamamlandıqdan sonra ərazidə 250-dən çox mənzil və villanın yerləşəcəyi qeyd olunur.
Kompleksdə yaşayış binaları ilə yanaşı, Yəhudi icma mərkəzi, sinaqoq, market və tədbir məkanlarının yaradılması planlaşdırılır. İlk mərhələdə 56 mənzil, ümumi üzgüçülük hovuzları, idman mərkəzi və uşaq oyun meydançalarının inşası nəzərdə tutulur.
Layihə ilə yanaşı, Cənubi Kiprdə əcnəbilərin daşınmaz əmlak alışı məsələsi də müzakirə olunur. Rum administrasiyasının üçüncü ölkə vətəndaşlarının əmlak almasına dair mövcud qaydaları dəyişdirməyi nəzərdən keçirdiyi bildirilir.
Yeni tənzimləmələrin xüsusilə kritik infrastrukturların ətrafı, atəşkəs xəttinə yaxın ərazilər, sahilyanı bölgələr, iri torpaq sahələri və kənd təsərrüfatı torpaqlarına aid olması gözlənilir.
Rum mətbuatının məlumatına görə, 2024-cü ildə əcnəbilərin Cənubi Kiprdə daşınmaz əmlak satışlarındakı payı ümumi satışların dörddə birini keçib. Əmlak alanlar arasında İsrail vətəndaşları ilə yanaşı, Livan, Rusiya və Çin vətəndaşlarının da olduğu bildirilir. İsraillilərin əsasən Larnaka, Limassol və Baf bölgələrində əmlak yatırımları etdiyi qeyd olunur.
Müəllif: Roza
-
Region17:02İrəvan-Moskva xəttində böhran: Ermənistan Rusiya ilə əlaqələri “təftiş” edir
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı
-
ABŞ13:30ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
-
Hadisə12:18Rusiyanın yanacaq böhranında Azərbaycanın adı çəkildi - NƏ BAŞ VERİR?
-
Nida Xəbər 12:04Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır









.jpg.webp)









.webp)










.jpg)


