Dünya
Vaşinqtondan Latviyaya təhlükəsizlik zəmanəti: Müdafiə naziri kritik detalları açıqladı
Latviyanın müdafiə naziri Rayvis Melnis ABŞ səfəri zamanı amerikalı hərbçilərin ölkəsində qalacağı ilə bağlı Vaşinqtondan təminat aldığını açıqlayıb.
Publika.az xəbər verir ki, nazir bu barədə LSM-ə bildirib.
Melnisin sözlərinə görə, Latviyada ABŞ hərbçilərinin rotasiyası davam edir. Buna görə onların sayının azaldığı təəssüratı yarana bilər. Lakin hərbçilər növbəli şəkildə ölkəyə gəlib getdiyindən ABŞ hərbi qüvvələrinin Latviyadakı mövcudluğu sabit olaraq qalır.
Vaşinqtonda ABŞ-ın Avropada, o cümlədən Baltikyanı regionda və Latviyada strateji maraqlarının davam etdiyi də təsdiqlənib. Tərəflər müxtəlif təlimlər çərçivəsində amerikalı hərbçilərin Latviyadakı iştirakının artırılması imkanlarını müzakirə ediblər.
Latviya və ABŞ həmçinin dron və antidron sistemlərinin hazırlanması, eləcə də silah tədarükü məsələlərini müzakirə edib. Bunlar arasında HIMARS raket-artilleriya sistemləri və gəmiəleyhinə raketlərin alınması da var.
Latviya həmin silahların vaxtında təhvil verilməsini, eləcə də hərbçilərin hazırlanması və texniki xidmət üçün ABŞ dəstəyini gözləyir.
Melnis bildirib ki, ABŞ Baltikyanı regiondakı təhlükəsizlik vəziyyətini nəzərə alır və Latviyanın ehtiyac duyduğu hərbi sistemlərin vaxtında və lazımi həcmdə çatdırılmasına çalışır.
Müəllif: Adəm
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi




































.jpg)
