Dünya
Yaponiya 10 milyon robot işə götürəcək - İnsan çatışmazlığına qarşı qeyri-adi plan
Yaponiya hökuməti 2040-cı ilə qədər ölkədə iş yerlərində süni intellektlə təchiz edilmiş 10 milyon robotun fəaliyyət göstərməsini hədəfləyir.
Publika.az xəbər verir ki, məqsəd əhalinin azalması və yaşlanması səbəbindən artan işçi çatışmazlığını kompensasiya etməkdir. Problem xüsusilə səhiyyə və sənaye sahələrində hiss olunur.
BMT-nin hesablamalarına görə, 2040-cı ildə Yaponiyanın əhalisi 112,2 milyon nəfərə düşəcək. Həmin vaxt 65 yaşdan yuxarı şəxslər əhalinin 35,3 faizini təşkil edəcək, median yaş isə 54-ə çatacaq. Bu vəziyyət şirkətləri iş üçün insanları robotla əvəzləməyə vadar edir.
Bunun nümunələrindən biri Zeals şirkətinin hazırladığı D1 humanoid robotudur. 129 santimetr hündürlüyündə olan robot üzləri tanıya, insanlarla ünsiyyət qura və 5 kiloqrama qədər yük qaldıra bilir. D1 artıq Naqoyadakı xəstəxanada sınaqdan keçirilib, burada ziyarətçilərə istiqamət göstərib və masaları təmizləyib.
Robotlar digər sahələrə də daxil olur. Naqano prefekturasındakı Kakuichi şirkəti 2027-ci ilin aprelində Çində istehsal olunan Miyazawa Noah humanoid robotunu işə qəbul etməyi və onu istehsal, satış və digər sahələrdə real tapşırıqlar üzərində öyrətməyi planlaşdırır.
Bununla yanaşı, robotlaşdırmanın riskləri də müzakirə olunur. Şirkətlər robotların insanlara və əmlaka zərər vurması, eləcə də kiberhücumlar zamanı məlumatların sızması ehtimalını nəzərə alırlar. Yaponiya kadr çatışmazlığına qarşı robotlara böyük ümid bəsləsə də, bu texnologiyanın iqtisadi nəticələri və təhlükələri hələ praktiki sınaq mərhələsindədir.
Müəllif: Adəm
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi




































.jpg)
