Dünya
Alimlərdən şok kəşf: Yerin suyu kosmosdan gəlib?
Astronomlar Süd Yolunda gələcək planetlərdə okeanların yaranması üçün mənbə ola biləcək nəhəng ulduzlararası buz buludlarının xəritəsini hazırlayıblar.
Publika.az xəbər verir ki, bu barədə “Astrophysical Journal” jurnalında məqalə dərc olunub.
Bildirilib ki, Harvard-Smitson Astrofizika Mərkəzindən Qari Melnikin rəhbərlik etdiyi tədqiqatçılar NASA-nın “SPHEREx” kosmik rəsədxanasının köməyi ilə ulduzlararası buzun indiyədək ən genişmiqyaslı xəritəsini tərtib ediblər.
Müşahidələr zamanı alimlər iki aktiv bölgədə yüzlərlə işıq ili boyunca uzanan buz buludları aşkar ediblər. Donmuş su bu ərazilərdəki saysız-hesabsız toz hissəciklərinin səthində toplanır. Alimlərin fikrincə, qaz və toz buludları çökərək yeni planetlər formalaşdırarkən həmin buzun bir hissəsi də bu prosesə qoşulur.
Qari Melnik hesab edir ki, ulduzlararası buzun böyük ehtiyatları gələcək planetlərdə okeanların necə yarana biləcəyini izah etməyə kömək edir. Onun sözlərinə görə, Yer kürəsindəki suyun əhəmiyyətli hissəsi, hətta bəlkə də hamısı, ilkin olaraq ulduzlararası buz şəklində mövcud olub.
Müəllif: Roza
-
İdman20:48"Yuventus" onu transfer etmək istəyir
-
Sosial20:24Yeni icra başçısı birinci müavinini vəzifəsindən azad etdi - FOTO
-
Sosial19:12Bəxtiyar Dali tək deyilmiş - Həmin qızın vəkili danışdı
-
Avropa19:00Yeri qazıb unikal qarışqa yuvasını oğurladılar
-
Nəqliyyat18:48İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Magazin218:24Belə getsə, soyadını daşıyan övladı qalmayacaq - FOTO
-
Rəsmi xronika16:21Prezident onu sədr təyin etdi - Sərəncam
-
Nida Xəbər 16:06Azərbaycan bir yana, dünya bir yana, nə Fələstini? - Özdil











.jpg)

















.jpg)


