Londonda ərəb şahzadə ilə bağlı qalmaqal: Huşsuz halda tapıldı, 3 yaşlı övladı isə...
Bizi izləyin

Dünya

Londonda ərəb şahzadə ilə bağlı qalmaqal: Huşsuz halda tapıldı, 3 yaşlı övladı isə...

Londonda ərəb şahzadə ilə bağlı qalmaqal: Huşsuz halda tapıldı, 3 yaşlı övladı isə...

Londonda Birləşmiş Ərəb Əmirliklərinin hakim Əl Nəhyan ailəsinin üzvü, 32 yaşlı şahzadə Mahrah əl Nəhyanla bağlı qalmaqal yaşanıb.

Publika.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə iyun ayında paytaxt Londonda baş verib. O, küçə kənarında huşsuz vəziyyətdə tapılıb, üç yaşlı övladı isə hərəkətdə olan avtomobillərin yaxınlığında nəzarətsiz qalıb.

İngiltərə prokurorluğunun məlumatına görə, yoldan keçənlər təhlükəni görərək müdaxilə edib və polis çağırıblar. Təxminən 30 dəqiqə ərzində özünə gəlməyən şahzadə ayıldıqdan sonra ətrafındakılara sərt reaksiya verib.

Hadisə yerinə gələn polis əməkdaşları şahzadənin çantalarında narkotik istifadəsi üçün nəzərdə tutulan vasitələr aşkarlayıblar.

Məlumata görə, Mahrah əl Nəhyan uşağa qulluq və nəzarət məsuliyyətini yerinə yetirməməkdə ittiham olunub. Məhkəmənin qərarı ilə Mahrah əl Nəhyan iki il müddətinə ictimai işlər görməli və reabilitasiya proqramında iştirak etməlidir. O, həmçinin 5 min funt sterlinq cərimə və min funt sterlinq məhkəmə xərci ödəyəcək.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm