Maskdan Ukraynaya hərbi peyk MESAJI: Son söz ABŞ prezidentinindir
Bizi izləyin

Dünya

Maskdan Ukraynaya hərbi peyk MESAJI: Son söz ABŞ prezidentinindir

Maskdan Ukraynaya hərbi peyk MESAJI: Son söz ABŞ prezidentinindir

“SpaceX” şirkətinin rəhbəri İlon Mask Ukraynanın istifadə etdiyi “Starshield” hərbi peyk sisteminin ABŞ hökumətinin nəzarətində olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, Mask bu barədə sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, “Starlink” peyk sisteminin hərbi versiyası olan “Starshield”ə tam nəzarət ABŞ hökumətindədir. Sistemlərin sürəti və istifadəsi ilə bağlı məhdudiyyətlər isə son nəticədə ABŞ prezidenti tərəfindən müəyyən edilir.

O, “Starlink”in kommersiya xidməti olduğunu vurğulayaraq, sistemdən mülki və müdafiə məqsədləri üçün istifadə edilə biləcəyini, lakin hücum xarakterli hərbi əməliyyatlarda istifadəsinin uyğun olmadığını bildirib.

Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenskinin müdafiə texnologiyaları üzrə müşaviri Sergiy Beskrestnov daha əvvəl Ukrayna ordusunun istifadə etdiyi “Starlink” hərbi internet xidmətinin sürətinə məhdudiyyət qoyulduğunu bildirmişdi. Onun sözlərinə görə, bu barədə müdafiə qüvvələrinə əvvəlcədən məlumat verilməyib və məhdudiyyət bir sıra tapşırıqların icrasına mane olub. Beskrestnov hadisənin mövcud siyasi vəziyyətlə əlaqəli ola biləcəyini də iddia edib.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm