Dünyanın ən innovativ ölkələri açıqlandı: İlk pillədə bu dövlətdir
Bizi izləyin

Dünya

Dünyanın ən innovativ ölkələri açıqlandı: İlk pillədə bu dövlətdir

Dünyanın ən innovativ ölkələri açıqlandı: İlk pillədə bu dövlətdir

Dünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) 2026-cı il Qlobal İnnovasiya İndeksi üzrə 139 iqtisadiyyatın reytinqi açıqlanıb. Ölkələr innovasiya göstəricilərinə, tədqiqat imkanlarına və texnoloji inkişafına görə qiymətləndirilib.

Publika.az xəbər verir ki, reytinqdə birinci yeri 66,7 xalla İsveçrə tutub.

Bildirilib ki, ölkə ardıcıl olaraq 16 ildir ki, siyahıda birinci olur. İkinci yerdə 63,2 xalla İsveç, üçüncü yerdə isə 62,3 xalla ABŞ qərarlaşıb. Cənubi Koreya 61,4 xalla dördüncü, Sinqapur 61,0 xalla beşinci olub.

İngiltərə 59,6 xalla altıncı, Niderland isə 58,4 xalla yeddinci yerdə qərarlaşıb.

İsveçrənin liderliyi güclü tədqiqat imkanları, inkişaf etmiş biznes mühiti və ideyaları kommersiya baxımından dəyərli məhsul və xidmətlərə çevirmək bacarığı ilə əlaqələndirilir. ABŞ isə texnologiya sektoruna investisiyaları ilə seçilir.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm