Dünya
Debaltsevoda “Allahu Əkbər” nidaları - KÜÇƏ DÖYÜŞLƏRİ - YENİLƏNİB
“Debaltsevo şəhərində hazırda küçə döyüşləri gedir. Separatçılar şəhərin vağzalını və milis bölməsini tutublar”.
Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə jurnalist Andrey Saplienko “Facebook” səhifəsində yazıb.
“Debaltsevodan. On beş dəqiqə əvvəl “Rus dünyası”nın döyüşçüləri “Allah Əkbər” qışqırıqları ilə milisin yerli bölməsini tutdular”, - Saplienko qeyd edib.
Daxili İşlər Nazirliyinin Donetks vilayəti üzrə rəhbəri Vyaçeslav Abroskin də milis şöbəsinin tərk edilməsi barədə informasiyanı təsdiqləyib. Amma o dəqiqləşdirib ki, milis şöbəsinin binası tutulmayıb: “Milis şöbəsinin binasında qalmaq mümkün deyildi. Bina tamamilə dağıdılmışdı. Mənim əmrimlə milislər oranı tərk edərək başqa binaya köçüblər”, - Vyaçeslav Abroskin deyib.
Ukrayna anti-terror qərargahından Debaltsevoda milis şöbəsinin tərk edildiyi və şəhər ətrafında döyüşlərin getdiyi bildirilib. Anti-terror qərargahının mətbuat mərkəzinin rəhbəri Aleksandr Motuzyanik döyüşlərin dəmiryol vağzalı ərazisində getdiyini də təsdiq edib.
“İnformasiyanı qismən təsdiq edirəm. Məhz bu dəqiqələrdə Debaltsevonun ətrafında döyüşlər gedir. Terrorçular bizim baza düşərgəmizə hücum edirlər. Döyüşçülərin bəzi qrupları Debaltsevonun özünə daxil olmağa çalışır. Şəhərin ətrafında terrorçuların və anti-terror gücləri arasında döyüşlər gedir”, - Motuzyanik bildirib.
****
“Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun döyüşçüləri Debaltsevo şəhərini alıb.
Publika.az xəbər verir ki, bu barədə “DXR” “qoşunu”nun nümayəndələri “İnterfaks” agentliyinə bildirib.
Məlumata görə, hazırda şəhərin Ukrayna hərbçilərindən təmizlənməsinə başlanılıb.
“Şəhərin milis bölməsi və dəmiryol vağzalına qədər olan hissəsi tutulub. Şəhərin çox hissəsi “DXR” döyüşçülərinin nəzarəti altındadır. Təmizləmə davam edir”, - agentliyin həmsöhbəti deyib.
“İnterfaks”a “DXR”in digər bir döyüşçüsü də şəhərin çox hissəsinin, həmçinin inzibati binalar və strateji obyektlərin ələ keçirildiyini bildirib.
Ömər Dağlı
-
Magazin218:24Cennifer Lopezdən şok etiraf: "Bunu daha əvvəl etməli idim, fantastikdir"
-
Sosial17:46İcra başçısı onu qınayanlara belə cavab verdi
-
Sağlamlıq16:51Bunu izləyənlər suşi yeməkdən qorxacaq - VİDEO
-
MDB16:00Rusiya Ermənistanın qazını kəsdi? - Nazir "denonsasiya məktubu almışıq" deyir
-
Digər15:16Polis məktəblini içirdib təcavüz etmək istədi - İlginc cinayətin detalları
-
MDB14:53Putin Babayana heyran oldu
-
Magazin214:16Reha Muhtar xəstəxanaya yerləşdirildi
-
Sağlamlıq13:19Avqusta qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq




















.jpg)




.jpg)









