Neft ucuzlaşdı
Bizi izləyin

Dünya

Neft ucuzlaşdı

Neft ucuzlaşdı

“Brent” markalı neftin bir barelinin qiyməti qlobal bazarda ucuzlaşıb.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, "Brent" markalı neftin fyuçersləri 0,8 faiz ucuzlaşaraq bir barel üçün 91,66 dollara, ABŞ-ın "West Texas Intermediate" (WTI) markalı neftinin fyuçersləri isə 0,9 faiz ucuzlaşaraq 84,99 dollara düşüb.

Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, Körfəz ölkələrinin ixrac həcmlərinin artması nəticəsində qlobal neft təklifi oktyabrda gündəlik 2,3 milyon barel artaraq 105,36 milyon barelə çatıb. Agentlik bu il qlobal neft təklifinin gündəlik 920 min barel artaraq 101,6 milyon barel olacağını proqnozlaşdırır.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm