Dünya
Trampın məğlubiyyətdən sonra ilk səfəri - İlon Maskı da aparır
ABŞ prezidenti Donald Tramp ölkəsinin aralıq seçkilərində Respublikaçılar Partiyasının məğlubiyyətindən sonra ilk xarici səfərinə çıxır. Səfərin əsas gündəmində Çin və Rusiya liderləri Si Cinpin və Vladimir Putinlə üçtərəfli sammitdə iştirak etmək dayanır.
Publika.az xəbər verir ki, Tramp əvvəlcə Filippinin paytaxtı Manilada ASEAN sammitinə qatılacaq. Burada ABŞ liderinin Tailandla ticarət sazişi imzalaması, digər ölkələrlə iqtisadi razılaşmaları müzakirə etməsi və süni intellekt sahəsində ABŞ-ın Çinə alternativ kimi seçilməsinə çalışması gözlənilir.
Daha sonra Tramp Çinin Şençjen şəhərində keçiriləcək APEC forumu çərçivəsində Si Cinpin və Vladimir Putinlə görüşəcək. Ağ Evdən bildirilib ki, ABŞ prezidentini səfərdə “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask da müşayiət edəcək.
“Böyük üçlük” görüşündə qlobal təhlükəsizlik və nüvə silahlarının məhdudlaşdırılması məsələlərinin müzakirəsi gözlənilir. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Nin liderlərin dünya sülhünün qorunması və böyük dövlətlər arasında strateji sabitliyin təmin edilməsi barədə fikir mübadiləsi aparacağını bildirib.
Görüş Ukraynada narahatlıq yaradıb. Kiyev Moskvanın bu təmaslardan istifadə edərək Tramp və Si Cinpini Ukrayna müharibəsinin Rusiyanın şərtləri əsasında başa çatdırılmasına razı salmağa çalışacağından ehtiyat edir.
Lakin Tramp Ukrayna məsələsinin görüşün gündəliyində olmayacağını bildirib. Onun sözlərinə görə, əsas müzakirə mövzularından biri ABŞ-ın İranla müharibəsinin dayandırılması və nüvə silahlarının məhdudlaşdırılması olacaq.
Qeyd edək ki, səfər çərçivəsində Tramp-Si ikitərəfli görüşünün də keçirilməsi nəzərdə tutulur. ABŞ prezidentinin Çinlə ticarət sazişinin icrasını müzakirə edəcəyi, lakin Nvidia rəhbəri Censen Huana dair casusluq qalmaqalını gündəmə gətirməyəcəyi bildirilir.
Müəllif: Adəm
-
Nida Xəbər 11:22Qəbul olunmuş 180-dən çox qərar ləğv olundu - Naxçıvanda nə baş verir?
-
Magazin110:34Pərviz Bülbülənin başına səhnədə iş gəldi - VİDEO
-
Köşə09:40Dövlət Azərbaycan futboluna maliyyəni kəssə, nələr olar?
-
Dünya09:34Monqolustan prezidenti istefa verir - Ölkədə hakimiyyət dəyişikliyi gözlənilir
-
Maraq dünyası09:12Bu bürclərə şad xəbər
-
Ekologiya08:45Azərbaycana sərt qış gəlir: Bu bölgələrdə güclü qar gözlənilir - SİYAHI
-
Dünya07:35Onlarla ölkəni narahat edən nüvə təhlükəsi - Bu qış nələr baş verə bilər?
-
ABŞ06:16ABŞ Yaxın Şərqə daha bir nəhəng hərbi qüvvə göndərdi - İrana qarşı yeni plan işə düşür?





































.jpg)