Dünya
Putin və Si Cinpin arasında danışıqlar başladı
Şençjendə Rusiya Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin arasında danışıqlar başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bir gün əvvəl Rusiya lideri noyabrın 18-19-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinin keçirildiyi Şençjenə gedib.
Vladimir Putinlə Si Cinpin arasında görüş “Qilin Şan Çjuan” dövlət iqamətgahında keçirilir. Rusiya nümayəndə heyətinə hökumətin əsas simaları daxildir: baş nazir müavinləri Tatyana Qolikova, Dmitri Çernışenko və Anton Siluanov, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, mədəniyyət naziri Olqa Lyubimova, səhiyyə naziri Mixail Muraşko, iqtisadi inkişaf naziri Maksim Reşetnikov, elm və ali təhsil naziri Valeri Falkov, energetika naziri Sergey Tsivilyov.
Danışıqlarda, həmçinin prezidentin köməkçisi Yuri Uşakov, dövlət başçısının mətbuat katibi Dmitri Peskov və prezident administrasiyası rəhbərinin müavini Maksim Oreşkin iştirak edirlər.
Putin, Tramp və Si Cinpinin görüşünün noyabrın 19-da bu sammit çərçivəsində keçirilməsi gözlənilir.
Putin və Si Cinpin üçün bu, cari ildə artıq beşinci görüş, dördüncü üzbəüz söhbətdir. İlin əvvəlində onlar videokonfrans keçiriblər, may ayında Putin Pekinə rəsmi səfər edib. Həmçinin Qırğızıstanda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT), Hindistanda isə BRİKS-in sammitləri çərçivəsində görüşüblər.
Hüseyn İbadlı
-
ABŞ07:47“Nvidia” eks-şeftdən yenə imtina etdi
-
ABŞ07:30Edamdan sağ çıxan qadın həbsxana rəhbərliyindən görün nə istədi
-
Magazin206:1620 il sonra üzə çıxan dəb incisi: Elza Hosk böyük həsrətə son qoydu - FOTO
-
Yaxın Şərq05:15Müxalifət nümayəndəsi İsrail Knessetinin yeni spikeri oldu
-
İKT04:14"Apple" xidmətlərində nasazlıq bu səbəbdən yaranıb
-
Magazin203:13Məşhur aktrisa üçüncü dəfə ana oldu
-
MDB02:4217 yaşlı yeniyetmə məktəb tualetində ölü tapıldı
-
Dünya01:11Günəşdə güclü alışma baş verdi

































.jpg)