Dünya
Çin Rusiyadan görün nə tələb edir
Rusiya ilə Çin arasında müddətsiz vizasız rejimin tətbiqi turizmə və iki ölkə arasındakı əməkdaşlığa müsbət təsir göstərəcək.
Publika.az xəbər verir ki, bu barədə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Ma Huey TASS-a bildirib.
“Düşünürəm ki, bu, yaxşı rejimdir. Çünki adi pasport sahibləri üçün vizasız rejimin tətbiqi səfərləri asanlaşdıracaq”, – deyə o bildirib.
Ma Hueyin sözlərinə görə, çinlilər və ruslar qarşılıqlı səfərlər edərək bir-birlərinin ölkələri haqqında daha çox məlumat əldə etsələr, “bu, qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafına, eləcə də onun möhkəmlənməsi üçün xoş niyyətin formalaşmasına töhfə verə bilər”.
Avqustun 31-də Rusiya Prezidenti Vladimir Putin Bişkekdə Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü zamanı vizasız rejimin daimi əsasda tətbiq olunmasını təklif edib. Rusiya lideri Pekin bunu faydalı hesab edərsə, Moskvanın bu məsələ üzrə birgə işə hazır olduğunu vurğulayıb.
2025-ci il sentyabrın 15-dən Çin Rusiya vətəndaşlarına xarici pasportla ölkəyə daxil olmağa icazə verib. Rusiya ilə vizasız rejim 2027-ci ilin sonunadək qüvvədədir. Rusiya vətəndaşları işgüzar səfərlər, turizm, qohum və dostları ziyarət etmək, mübadilə proqramlarında iştirak və ya tranzit məqsədilə 30 günədək müddətə vizasız olaraq ÇXR-ə daxil ola bilərlər.
2025-ci il dekabrın 1-dən Rusiya da Çin vətəndaşları üçün vizasız rejim tətbiq edib.
Hüseyn İbadlı
-
ABŞ07:47“Nvidia” eks-şefdən yenə imtina etdi
-
ABŞ07:30Edamdan sağ çıxan qadın həbsxana rəhbərliyindən görün nə istədi
-
Magazin206:1620 il sonra üzə çıxan dəb incisi: Elza Hosk böyük həsrətə son qoydu - FOTO
-
Yaxın Şərq05:15Müxalifət nümayəndəsi İsrail Knessetinin yeni spikeri oldu
-
İKT04:14"Apple" xidmətlərində nasazlıq bu səbəbdən yaranıb
-
Magazin203:13Məşhur aktrisa üçüncü dəfə ana oldu
-
MDB02:4217 yaşlı yeniyetmə məktəb tualetində ölü tapıldı
-
Dünya01:11Günəşdə güclü alışma baş verdi


































.jpg)