Ekologiya
Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüş - FOTO
Fevralın 15-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) balıqçılıq üzrə mütəxəssisləri Salyan və Neftçala rayonlarında nohur balıqçılığı - akvakultura təsərrüfatlarının sahibləri ilə görüş keçiriblər.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, 130 sahibkarın iştirak etdiyi görüşdə ETSN-in balıqçılıq üzrə mütəxəssisləri tərəfindən sahibkarlara nohurlarda balıq yetişdirilməsinin inkişafı, daha yüksək məhsuldarlığın əldə edilməsi və keyfiyyətli yem təchizatı ilə bağlı tövsiyələr verilib, onların problemləri dinlənilib və həlli yolları müzakirə edilib.
Görüşdə, həmçinin sahibkarlar akvakultura təsərrüfatlarının qeydiyyata alınması proseduru ilə bağlı təlimatlandırılıb, onlara yarana biləcək sualların cavablandırılması üçün nazirliyin müvafiq qurumlarına müraciət etmələri bildirilib.
Qeyd edək ki, ölkənin digər regionlarında da nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüşlər təşkil olunacaq.
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...





















.jpg)















