Ekologiya
Nazirlik: "Əsas problemlərdən biri Abşeron yarımadasındakı neftlə çirklənmiş ərazilərdir"
“Nazirlik tərəfindən atmosfer havasının, torpağın, suyun, Xəzər dənizinin mühafizəsi, meşələrin inkişafı, biomüxtəlifliyin qorunması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi ilə bağlı müvafiq işlər görülür”.
Publika.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, əsas problemlərdən biri Abşeron yarımadasındakı neftlə çirklənmiş ərazilərdir:
“Onların təmizlənməsi istiqamətində işlər görülür. Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafı, Yod-brom zavodunun ərazisi təmizlənərək yaşıllıqlar salınır, ərazi bərpa olunur. Çirklənmiş ərazilərin qiymətləndirilməsi, inventarlaşması işləri aparılır. Meşə sahələri artırılır, açıq sahələrdə aqrobağlar salınır, tez böyüyən ağac plantasiyaları yaradılır, kənd təsərrüfatına yararlı torpaq sahələrinin kənd təsərrüfatına təyinatı üçün istifadə olunması işləri görülür, yaxın 10 il üçün Milli Meşə proqramı hazırlanıb. Bakı və Abşeronda 7 min hektar ərazidə yaşıllığın salınması üçün proqram hazırlanıb, magistral avtomobil yollarının kənarlarında aqrobağlar salınır, ağacəkmə aksiyaları keçirilir, əhaliyə ağac tingləri paylanılır. Hədəflərimizə nohur balıqçılığı (akvakultura) və marikulturanın inkişafı daxildir, təbii və süni su hövzələrində sivil, müasir fermalar yaradılır, bununla bağlı dövlət proqramı hazırlanıb, balıqartırma müəssisələrinin daha effektiv işlənməsi üçün özəlləşdirilməsi işlərinə baxılır”.
Şöbə müdiri bildirib ki, tullantıların idarə olunması istiqamətində işlər görülür:
“Əsasən plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması üçün cənab Prezident tərəfindən təsdiq olunmuş tədbirlər planı çərçivəsində ekoloji təbliğat, polietilen torbalardan istifadənin azaldılması, alternativ qablaşdırma materiallarına keçidin təşviq edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, tullantıların çeşidlənməsi üçün konteynerlərin yerləşdirilməsi istiqamətində işlər görülür”.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi


































.jpg)

.jpg)