Ekologiya
Dənizi çirkləndirən obyekt sahibləri cəzalandırıldı
Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndələri ilə birgə növbəti reydlər keçirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a daxil olan məlumata görə, reydlər zamanı Sumqayıt şəhərinin Xəzər dənizinin sahil zolağında fəaliyyət göstərən “Duyğu”, “Liman”, “Atlantida”, “Narınqala” və “Flaqman” istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdıldığı aşkar edilib.
Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə cavabdeh şəxslər Etibar Məmmədov, Mehriban Kılıc, Ələkbər Qarayev, Süleyman Məmmədov, Amil Mirzəquliyev barəsində protokol tərtib olunub və onların hər biri vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib. Çirkab sutəmizləyici qurğuların quraşdırılması üçün sözügedən obyektlərin sahiblərinə icrası məcburi olan “məcburi göstəriş”lər verilib. Eyni zamanda, qurğular quraşdırılanadək sözügedən obyektlərin fəaliyyətlərinin dayandırılması ilə bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi qarşısında vəsatət qaldırılıb.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi


































.jpg)

.jpg)