Ekologiya
DYP-dən sürücülərə XƏBƏRDARLIQ: bunu edin, əks təqdirdə...
Son zamanlar avtomobil yollarında mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan nəqliyyat vasitələrinə tez-tez rast gəlinir.
Baş Dövlət Yol Polisi İdarəsindən Publika.az-a bildirilib ki, belə nəqliyyat vasitələrinin istismarı atmosfer havasını çirkləndirməklə insanların həyat və sağlamlığına mənfi təsir göstərir.
Bu gün respublikada atmosferə buraxılan çirkləndirici maddələrin 75 faizindən çoxu avtomobil və maye yanacağı ilə işləyən mühərriklərin payına düşür. Hesablamalara görə ölkədə avtomobil nəqliyyatından atmosfer havasına il ərzində atılan zərərli maddələrin miqdarı 700 min tona yaxındır. Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə avqustun 1-dən 31-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək.
Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsi sürücülərindən istifadələrində olan avtomobilləri texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir. Əks təqdirdə qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)