Ekologiya
Alimlərdən SOS - Milyonlarla köçəri quş məhv oldu
Alimlər ABŞ-ın Nyu-Mexiko əyalətində minlərlə köçəri quşun ölü halda tapılması ilə bağlı həyəcan təbili çalıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Nyu-Mexiko Universitetinin professoru Martha Desmondun sözlərinə görə, quşların kütləvi şəkildə məhv olmasının səbəbi sirr olaraq qalır, ancaq meşə yanğınlarından gələn tüstü və ya son soyuq hava ilə əlaqəli ola bilər.
Desmond hazırda öldürülən quşların ümumi sayının milyondan çox ola biləcəyini də qeyd edib. Mütəxəssislərin fikrincə, son illərdə Şimali Amerikada quş populyasiyası kəskin şəkildə azalıb.
Ancaq ABŞ-da belə bir dəhşətli mənzərə yalnız Nyu-Mexiko əyalətində deyil, qonşu olan bölgələrdə də müşahidə edilə bilər. Onların arasında Kolorado, Arizona və Texas da var.
Alimlər meşə yanğınlarından gələn tüstünün köçəri quşları bu qədər güclü və dramatik şəkildə təsir edə biləcəyini, xüsusən quşların ağ ciyərlərinə mənfi təsir göstərə biləcəyini və ya köç yollarını dəyişdirməyə məcbur edə biləcəklərini düşünürlər.
Aytən Məftun
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi













.jpg)





.jpg)

















.jpg)

.jpg)