Ekologiya
Xəzərin suyu buna görə azalır - Nazirlik səbəbləri açıqladı
"Xəzər dənizi ilə bağlı məsələlər nazirliyin prioritet istiqamətlərindən biridir. Biz dənizdə çirklənmə mənbələrini dəfələrlə müəyyən etmişik. Orada monitorinqlər mütəmadi aparılır".
Publika.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov "Ekspert saatı"nda deyib.
Şöbə müdiri qeyd edib ki, dənizi qurudan çirkləndirən obyektlər də müəyyən edilib və onlar üzərində ekoloji yoxlamalar aparılır: "Təmizlənmiş tullantı sularının Xəzərə axıdılması hazırda prioritetdir, nəinki onu təmizləmədən dənizə axıtmaq. Bu, bizə dənizdən və qurudan çirklənmə ilə bağlı monitorinq aparmağa və tədbirlər görməyə imkan verəcək".
M.Əbdülhəsənov Xəzər dənizinin suyunun azalmasına səbəb olan amilləri də açıqlayıb. Bildirib ki, bu tendensiya mütəmadi olaraq baş verir: "Neçə yüz illər bundan əvvəl də bu olub, indi də qalxma və azalmalar müşahidə olunur. Bu, Xəzərin xüsusiyyətlərindən biridir. Həm də çaylarda suyun səviyyəsinin azalması müşahidə edilir. Azərbaycanın çaylarında yaxın 20 il ərzində suyun 10-15 faiz azalması qeydə alınıb. Bu, Volqa və Ural çaylarına da aid edilir. Çaylarda suyun səviyyəsinin azalması, tektonik amillər və digər səbəblər Xəzərin suyunun azalmasına gətirib çıxarır. Hazırda bu, kritik vəziyyət deyil. Amma azalma halı baş verir, düşünürük ki, müəyyən dövrdən sonra stabilləşmə olacaq. Hazırda isə narahatedici amil görmürük".
Akqabay
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

