Ekologiya
Azərbaycanda bu ərazilərə qar yağıb - SİYAHI
Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.
Publika.az-a daxil olan məlumatda bildirilir ki, mayın 5-i saat 11:00-a verdiyi məlumata əsasən ölkə ərazisidə hava şəraiti kəskin dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv və güclü olub.
Şimal-qərb küləyi əsib, bəzi yerlərdə arabir güclənib. Yağan güclü yağışlar nəticəsində əksər çaylarda sululuq artıb, Əsrik, Əsrikçay Cırdaxan, Kürəkçay, Gəncəçay Alaxançallıdan qısamüddətli sel və daşqın keçib. Şahdağ və Xınalıqda qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 5, Xınalıqda 3 sm olub.
Düşən yağıntının miqdarı Yuxarı Qarabağ: 5-16 mm, Daşkəsəndə 24 mm, Qazax-Gəncə: 3-14 mm, Naftalanda 21 mm, Böyük Qafqaz: 2-16 mm, bəzi yerlərdə 25-40 mm, Mərkəzi Aran: 2-6 mm, Tərtərdə 21 mm (aylıq normanın 41 faizi), Mingəçevirdə 17 mm (aylıq normanın 37 faizi), Lənkəran-Astara zonasında 2 mm, Naxçıvan MR-da 1-9 mm olub.
Şimal-qərb küləyi əsib, arabir Neftçalada 28 m/s, Biləsuvarda 20 m/s, Naftalanda 18 m/s, Abşeron yarımadasında: Bakı, Maştağa, Qum adasında 28 m/s, Pirallahıda 25 m/s, Sumqayıtda 24 m/s, Çilov adası, Neft Daşlarında 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin

























.png)











.jpg)
.jpg)