Ekologiya
Sumqayıtda yayılan kəskin qoxunun səbəbi nədir? - RƏSMİ
Çox təəssüflə qeyd etməliyik ki, Sumqayıt şəhərində havanın tüstülü olması, bunun bəzən iy və qoxu ilə müşayiət olunması atmosferin vaxtaşırı çirklənməsi ilə müşahidə edilir.
Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
Sumqayıt məişət tullantılarının idarə olunması poliqonunda ciddi nöqsanların olduğu ETSN tərəfindən dəfələrlə yerli icra orqanlarının nəzərinə çatdırılıb: “Həmin poliqonun idarə edilməsi ilə məşğul olan “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC cərimələnib. Təkcə 2020-ci ildə bu poliqonu idarə edən hüquqi şəxs 6 min 800 manat cərimələnib, dəfələrlə məcburi göstəriş verilib. Bu ilin yeddi ayında beş akt, iki inzibati protokol tərtib edilib. Son dəfə isə yenidən bir neçə gün öncə 4 min 800 manat məbləğində cərimə tədbiri tətbiq edilib. Lakin bu cərimələrlə problem həllini tapmır. Bu gün biz həmin əraziləri monitorinq etdik və müəyyən edildi ki, orada yanğın baş verməsə belə, dəm qazının miqdarı normadan dəfələrlə artıqdır. Bunun da nəticəsində tüstülənmə baş verir ki, öz növbəsində bu da şəhər ərazisində xoşagəlməz iy-qoxunun yayılmasına gətirib çıxarır”.
O qeyd edib ki, bu məsələni həll etmək üçün ilk növbədə müasir tələblərə cavab verən poliqon yaradılmalıdır: “Bundan əlavə, məişət tullantıları çeşidlənməlidir. Bu halda indiki müşayiət etdiyimiz problem olmayacaq. Məişət tullantılarının necə gəldi basdırılması nəticəsində torpağın alt qatlarında gedən proseslər səbəbindən öz-özünə alışma baş verir. Bilirsiniz ki, Balaxanıda müasir standartlara cavab verən tullantıların idarə edilməsi poliqonu fəaliyyət göstərir. Əgər Sumqayıtda belə bir poliqonun yaradılmasına hazırda maddi imkan yoxdursa belə, yerli icra orqanları tullantıların Balaxanı poliqonuna daşınması haqqında düşünə bilər. Həmçinin bəzi müəssisələr nazirliyə müraciət edib ki, tullantıların yandırılması üçün onlarda şərait var. Həmin müəssisələrlə danışıqlar aparıla bilər. Müəyyən pilot layihələr hazırlaya bilərlər. Məsələn, keçən ildən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 37 regionda 250 nöqtədə plastik tullantıların yığılması üçün konteynerlərin quraşdırılması, onların çeşidlənməsi sahəsində pilot layihə həyata keçirir. Tullantıların idarə olunması sahəsində də bu cür pilot layihələr həyata keçirilə bilər”.
Qeyd edək ki, Sumqayıtda uzun müddətdir havanın tüstülü olması bəzən iy və qoxu ilə bunun müşayiət olunması barədə məlumatlar yayılıb. (trend)
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...