Ekologiya
Kürdə suyun səviyyəsi 32 santimetr azaldı
Sentyabrın 5-də Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində suyun səviyyəsi 2 santimetr artıb, Gəncəçay-Zurnabad məntəqəsində 1 santimetr azalıb. Kürəkçay-Çaykənd o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqələrində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidor, Təngərüdçay-Vaqo və Viləşçay-Şıxlar məntəqələrində isə 1 santimetr artım qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 97 kubmetr təşkil edir ki, bu da ongünlük normanın 80 faizinə bərabərdir.
Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 1 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 3,50 kubmetrə bərabərdir. Bu da ongünlük normanın 5 faizini təşkil edir.
Kür-Surra məntəqəsində suyun səviyyəsi 3 santimetr azalaraq 278 santimetr, su sərfi isə 56 kubmetr/saniyə olub. Kür-Şirvanda suyun səviyyəsi 4 santimetr azalaraq 89, Kür-Bankədə 32 santimetr azalaraq 115, Araz-Novruzluda isə 3 santimetr azalaraq 52 santimetr təşkil edib.
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)