Ekologiya
Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?
Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.
Publika.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 24-ü saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.
Düşən yağışın miqdarı: Sarıbaşda (Qax) 14.0 mm, Qusarda 11.0 mm, Qəbələ, Qubada 5.0 mm, Altıağacda 4.0 mm, Kişçay (Şəki), Göyçayda 2.0 mm, Göygöl, Xaltan, Oğuz, Zaqatala, Qrız, Salyan, Şabranda 1.0 mm-dək olub.
Külək: Şimal-qərb küləyi arabir Gəncədə 23 m/s, Naftalanda 22 m/s, Tovuz, Bərdədə 18 m/s, Mingəçevirdə 16 m/s-dək güclənib.
Havanın maksimal temperaturu: Bakıda iqlim norması daxilində olub, Bakıda və Abşeron yarımadasında 30°-dək isti, Naxçıvan MR-da 39°-dək isti, dağlıq rayonlarda 23°-dək isti, aran rayonlarında 33°-dək isti olub.
Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti iyulun 25-i gündüzədək davam edəcək.
26-27-də əksər rayonlarda əsasən yağmursuz keçəcək, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO







.jpg)



























