Ekologiya
Yerə güclü Günəş fırtınası yaxınlaşır... - ŞOK PROQNOZ
“Yüksək Günəş küləyinin ikiqat sürəti və bir neçə tac kütləsinin atılması ilə biz yaxın günlərdə böyük fırtına, eləcə də bir neçə mülayim və zəif fırtına müşahidə edə bilərik”.
Publika.az xəbər verir ki, bu barədə “Science Alert” məlumat yayıb.
Dünyanın bir neçə kosmik hava agentliyinin məlumatına görə, Günəş fırtınaları tezliklə Yer kürəsini bürüyəcək.
Britaniya Meteorologiya Bürosu, ABŞ Kosmik Hava Proqnozları Mərkəzi və Avstraliya Meteorologiya Bürosu yaxın bir neçə gün ərzində Günəş və ya geomaqnit qasırğaları ilə bağlı tövsiyələr verib. Bildirilir ki, bu, Günəş üçün, xüsusən də 11 illik fəaliyyət dövrünün indiki mərhələsində normaldır. Fırtınalar kiçik texniki nasazlıqlara səbəb ola bilər ki, yəqin bunun fərqinə varılmayacaq - bir mülayim fırtına artıq keçib.
Alimlər deyirlər ki, Günəş fırtınaları dinamik Günəşin təbii və daimi hissəsidir. Təxminən hər 11 ildən bir, yeni dövr başlayanda aşağıdan yuxarıya və yenidən aşağıya doğru müxtəlif səviyyəli fəaliyyətlər dövründən keçir.
Özünüzü maqnit qasırğasının təsirindən necə qorumalısınız
Maqnit qasırğaları daha çox meteohəssas, yaşlı və xroniki xəstələrə, həmçinin hamilə qadınlara təsir edir. Maqnit qasırğası günlərində aşağıdakı simptomlar mümkündür: baş ağrısı, başgicəllənmə, ürəkbulanma, oynaqlarda və əzələlərdə ağrı, süstlük, yüksək qan təzyiqi, xroniki xəstəliklərin kəskinləşməsi və s.
Fırtınanın mənfi təsirini minimuma endirməkdən ötrü həmin günlər sağlam həyat tərzinə əməl edin.
- Ən azı 7 saat yatın.
- Stressdən və münaqişələrdən qaçmağa çalışın.
- Alkoqol, enerji içkiləri, siqaret və qəhvədən uzaq durun. Bitki çayı için.
- Yağlı, qızardılmış və ədviyyatlı qidaların qəbulunu azaldın.
- Daha çox açıq havada olun və otağı havalandırın.
- Tez-tez gəzin.
Akqabay
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi


































.jpg)

.jpg)