Ekologiya
Çaylarda sululuq artdı
Son günlər ölkə ərazisində yağan intensiv yağışlar nəticəsində respublikanın yerli çaylarında sululuq artıb.
Publika.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, ötən günlər müşahidə olunan azsulu dövrlə müqayisədə Böyük Qafqaz çaylarında 77 faiz, Kiçik Qafqaz çaylarında 70 faiz, Lənkəran-Astara bölgəsi çaylarında isə 200 faiz artım qeydə alınıb.
“Qonşu ölkələrdə yağan yağışlar nəticəsində tranzit çaylarda da sululuğun artımı müşahidə olunub. Belə ki, Kür-Qıraqkəsəmən məntəqəsində sululuq 39 faiz, Qanıx-Cəlayir məntəqəsində isə 21 faiz artıb”, - deyə o əlavə edib.
A. Verdiyev qeyd edib ki, sentyabrın 6-da və 7-də Zaqatala rayonu ərazisindən axan Talaçay-Zaqatala məntəqəsindən və sentyabrın 7-də Balakən rayonu ərazisindən axan Balakənçay-Balakən məntəqəsindən qısamüddətli sel keçib.
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov






.jpg)






.jpg)





















