Elm və təhsil
9-cu sinif imtahanlarının nəticələri ləğv ediləcək? - AÇIQLAMA
Bu ilin mart ayında 9-cu siniflərin buraxılış imtahanlarının birinci mərhələsi keçirilib. İmtahanların keçirilməsində iki aya qədər vaxt keçib, lakin hələ də, nəticələr açıqlanmır. Düzdür, Dövlət İmtahan Mərkəzindən imtahan nəticələrinin ikinci mərhələyə qədər açıqlanacağı bildirilmişdi. İmtahanın ikinci mərhələsinin iyun ayında keçirilməsi gözlənilir. Lakin iki aya yaxın vaxt keçməsinə baxmayaraq nəticələrin açıqlanmaması bəzi fikirlərə səbəb olub. Bu il ilk dəfə buraxılış imtahanında sualların əksəriyyətinin açıq tipli olması səbəbindən şagirdlərin nəticələrinin çox aşağı olduğu, hətta riyaziyyat fənnindən əksəriyyətin “2” aldığı iddia edilir. Hətta bu səbəbləri nəzərə alaraq nəticələrin ləğv ediləcəyi ilə bağlı da iddialar səsləndirilir.
İddialar barədə Publika.az-a açıqlama verən Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bunun doğru olmadığını deyib: “Biz əvvəldən birinci mərhələnin nəticələrinin ikinci mərhələyə qədər açıqlanacağını demişdik. Bunun da səbəbi buraxılış imtahanlarının birinci mərhələsində test tapşırıqlarının əksəriyyətinin açıq tipli olmasıdır. Bu sualların yoxlanılması zaman tələb edir. Hələ ki imtahanların yoxlanılması prosesi aparılır. Yoxlama prosesi başa çatmadan nəticələr barədə danışmaq doğru deyil. Nəticələrin necə olmasından asılı olmayaraq, Dövlət İmtahan Mərkəzi nəticələri ictimaiyyətə açıqlayacaq".
Gülxar
-
Dünya07:35"Epşteyn adası"nda gərginlik: Ərazinin yeni sahibi və çağırılmamış qonaqlar
-
Magazin203:43“Eşref Rüya”dan izləyicilərə sürpriz: "İhtiyar" gəldi - Foto
-
ABŞ03:19Vens ABŞ-ın “qırmızı xətt”indən danışdı
-
Qoroskop01:40Günün ulduz falı: həyat sizə dərs verəcək...
-
Dünya00:45Netanyahu gizlicə İranın "burnunun ucuna" səfər edib
-
Elm və təhsil13 May 22:18Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
-
İdman13 May 21:51Həmzət məğlub oldu – Erməni 50 min dollar uduzdu
-
MDB13 May 21:39Müharibə başlayandan bəri belə hücum olmamışdı...













.png)











.jpg)





.jpg)


