Elm və təhsil
Buraxılmış dərslərə görə şagirdlər arasında qiymətləndirmə keçiriləcək - Nazir
Orta məktəblərdə şagirdlərin buraxılmış dərslərin əvəzinə keçirilən videodərsləri nə qədər mənimsəyə bilməsi, bu sahədə neçə faiz boşluğun olması ilə bağlı daha ətraflı məlumatın əldə edilməsi məqsədilə tədris bərpa olunduqdan sonra məktəblərdə seçmə üsullarla qiymətləndirmə həyata keçirilə bilər.
Bunu Təhsil naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, bu, tədris müddəti bərpa olunduqdan sonra buraxılmış dərslərin hansı formada kompensasiya edilməsi ilə bağlı son qərar verilməmişdən əvvəl həyata keçiriləcək.
Nazir əlavə edib ki, martın 11-dən etibarən “Mədəniyyət” kanalında bütün siniflər üzrə 3-4 fənnə dair videodərslərə başlanacaq. “Mədəniyyət” kanalında bu dərslərə baxa bilməyənlər Təhsil Nazirliyinin elektron resursları və sosial şəbəkə vasitəsilə bu dərslərə baxa biləcəklər:
“Bu həftənin sonundan başlayaraq, biz videodərslər vasitəsilə təqdim edilən mövzulara, orada verilən izahatlara uyğun olaraq, eyni zamanda şagirdlərin hər hansı çətinliyinin yarana biləcəyini nəzərə alaraq, təcrübəli mütəxəssislər vasitəsilə birbaşa bağlantılar həyata keçirməyi planlaşdırırıq. Bu bağlantılar zamanı daha çox çətinlik yaradan məsələlərlə bağlı müzakirələrin aparılması və əlavə izahatların verilməsi planlaşdırılır”.
Xatırladaq ki, koronavirusun yayılma təhlükəsi nəzərə alınaraq, martın 3-dən 27-dək ölkənin bütün təhsil müəssisələrində tədris dayandırılıb. (trend)
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR









.jpg)



.jpg)

.jpg)



.jpg)





















