Elm və təhsil
Misir Mərdanova YENİ VƏZİFƏ verildi
AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının onlayn iclasında AMEA Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsinə seçkilər keçirilib.
Publika.az xəbər verir ki, açıq səsvermədən öncə çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Cavad Abdinov qeyd edib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə AMEA-nın müxbir üzvü Misir Mərdanovun namizədliyi irəli sürülüb. Akademik Cavad Abdinov Misir Mərdanovun bioqrafiyası haqqında məlumat verib.
Qeyd edib ki, alim müxtəlif illərdə Bakı Dövlət Universitetinin baş müəllimi, dosenti, dekan müavini, tədris işləri üzrə prorektoru, sonralar isə rektoru vəzifələrində çalışıb. Misir Mərdanov 1998-2013-cü illərdə Azərbaycan Respublikasının təhsil naziri olub. 2013-cü ildən isə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktorudur. Misir Mərdanovun 1996-cı ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti, Türk dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, Türk dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidenti, Pedaqoji təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının akademiki, eyni zamanda Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi və Rusiya Təhsil Akademiyasının xarici olduğunu qeyd edən akademik Cavad Abdinov vurğulayıb ki, alim həmçinin bir sıra beynəlxalq elmi jurnalların, o cümlədən “Azerbaijan journal of Mathematics” və “TWMS Journal of Pure and Applied Mathematics”jurnallarının redaksiya heyətinin üzvü, “Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının baş redaktorudur: “Misir Mərdanov 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub. Eyni zamanda Azərbaycan və Dağıstan respublikalarının əməkdar elm xadimidir”.
Onlayn iclasda AMEA-nın müxbir üzvü Misir Mərdanovun elmi və elmi-təşkilati fəaliyyəti Bölmənin həqiqi və müxbir üzvləri tərəfindən geniş müzakirə olunub və yüksək qiymətləndirilib.
Açıq səsvermə ilə AMEA-nın müxbir üzvü Misir Mərdanov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






















.webp)












.jpg)


