Elm və təhsil
ADU-da Pakistan Mədəniyyət Mərkəzi açıldı - FOTO
Bu gün Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub.
Publika.az xəbər verir ki, mərasimdə Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysər, Pakistanın Azərbaycandakı səfiri Bilal Haye, Azərbaycanın millət vəkilləri və digər dövlət rəsmiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADU-nun rektoru, akademik Kamal Abdulla 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olan qardaş ölkə Pakistana təşəkkürünü bildirib.
Rektor qeyd edib ki, ADU-da Pakistan mərkəzinin açılması azərbaycanlı gənclərin bu ölkənin mədəniyyətini, dilini və adət-ənənələrini öyrənməkdə, Pakistanla humanitar əlaqələrin genişləndirilməsində mühüm rol oynayacaq. Kamal Abdulla deyib ki, Pakistan Dillər Universitetidə Azərbaycanın Mədəniyyət Mərkəzinin açılması istiqamətində Pakistan səfirliyi ilə işlər başladılıb.
Əsəd Qeysər də öz növbəsində Pakistana olan diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Azərbaycanlı tələbələrin Pakistana və digər xarici ölkələrə səfər etməsinə şərait yaradacağını qeyd edib. Spiker vurğulayıb ki, tələbə-müəllim mübadiləsi istiqamətində tədris proqramlarının icrası Pakistanla Azərbaycan arasında mədəni əlaqələrin gücləndirilməsində mühüm əhəmiyyət kəsb edir.
Tədbirin davamında Pakistanın turistik məkanlarına, mədəniyyət mərkəzlərinə aid görüntüləri əks etdirən videoçarx nümayiş etdirilib.
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq


























.jpg)










