Elm və təhsil
Nazirlik: Daha 871 nəfər işə qəbul olunub
Ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimlərinin nəticələri açıqlanıb.
Publika.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, vakansiya seçimi mərhələsində iştirak etmiş namizədlərin şəxsi səhifələrinə bu barədə məlumat göndərilib.
Cari vakansiya seçimlərində 871 namizəd vakant yer tutaraq ümumi təhsil müəssisələrində müddətli müqavilə ilə çalışmaq imkanı qazanıb. Qeyd olunan namizədlər 21 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək.
Namizədlərdən sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tələb olunur.
Qeyd edək ki, müddətli müqavilə ilə vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün tədris ili ərzində daimiləşmə müsabiqəsinin həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin növbəti mərhələdə tədris ili ərzində yaranan vakant yerlərə namizədlərin imtahan nəticəsi və yaşayış yeri nəzərə alınmaqla əlavə yerləşdirmə həyata keçiriləcək.
-
Maraq dünyası11:25Nepalda möcüzə: 6 yaşlı qız 3 gün dağıntılar altında sağ qaldı - FOTO
-
MDB11:09Lukaşenko 72 yaşını qeyd edir - Putin həmkarını ağız dolusu təriflədi
-
Digər10:3352 yaşlı məktəb direktoru 11 yaşlı qızı zorladı
-
Ekologiya10:15Xilasedicilər 734 meyit tapdılar - 580 əcnəbi itkin düşüb
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu
-
Magazin207:47Ceyson Stethemin sevgilisi dekolteli transparan libasda - FOTO









.jpg)


.png)









.png)












.jpg)
.jpg)