Elm və təhsil
Təhsil kreditləri kimlərə və hansı şərtlərlə veriləcək? - RƏSMİ - (YENİLƏNDİ)
Tələbə təhsil kreditləri əyani təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələrə veriləcək.
Publika.az xəbər verir ki, bunu təhsil tələbə kreditlərinə müraciətlərin başlanılması ilə bağlı brifinqdə təhsil nazirinin müavini İdris İsayev deyib.
Nazir mavininin sözlərinə görə, təhsil tələbə kreditləri semestr üzrə veriləcək, hər semestr üzrə müraciət olmalıdır. Akademik borcu olanlar bundan yararlana bilməyəcək: "Kredit yalnız Azərbaycan vətəndaşı olan tələbələrə veriləcək. Kreditin iki növü var. Bunlar standart və sosialdır", - İ.İsayev əlavə edib.
Sosial kreditlər sosial həssas qruplara veriləcək:
Ünvanlı sosial yardım alan, 3-cü qrup əlillik təyinatı olan, valideynləri ilə münasibətdə aşağıdakı şərtlərlə
Valideynləri işsiz olanlar,
1 və 2-ci dərəcə əlilliyi olanlar, işsiz kimi qeydiyyatda olanlar,
yaşa görə əmək pensiyası alanlar,
yaşa görə sosial müavinət alanlar
Bakalavriat üçün 300-700, magistratura üçün 50-100, subbakalavr üçün 110-300 bal aralığında olan şəxslər bundan yararlana biləcəklər.
Nazir müavini Təhsil tələbə kreditlərinin faizlərini də açıqlayıb.
Onun sözlərinə görə, faizləri Təhsil Tələbə Krediti Fondunun Himayəçilik Şurası Təhsil Nazirliyi və Nazirlər Kabineti ilə razılaşdırılaraq müəyyən edib.
Sosial kreditlər 2 faizlə, standart kreditlər isə 6 faizlə veriləcək.
Brifinqdə həmçinin təhsil tələbə kreditlərinin (TTK) geri qaytarılması zamanı verilən möhlətin şərtləri də açıqlanıb.
İ.İsayevin sözlərinə görə, TTK dövründə aşağıdakı hallar baş verərsə, kreditin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddətə qədər uzadılır:
- Yuxarı təhsil səviyyəsində əyani təhsil
- həqiqi hərbi xidmət,
- məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlşadırılması),
- işləyən borcalanın münasibətdə hamiləliyə doğuma görə və uşağın 3 yaşı tamam olana qədər ona qulluq etməkdən ötrü ödənişli sosial məzuniyyətdə olduğu müddət və sağlamlıq imkanı məhdud 18 yaşadək uşaqlara və birinci dərəcəli əlilliyi olan şəxslərə qulluğu olan müddəti
Nazir müavini bildirib ki, möhlət müddətində tələbənin əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı aşkarlanarsa, möhlət müddəti bu fəaliyyətə başlama tarixindən ləğv ediləcək.
Qeyd edilib ki, 56 min 208 tələbə təhsil krediti almaq üçün müraciət edə bilər.
"Azərbaycanda 146 min 373 tələbə ödənişli əsaslarla təhsil alır. Onlardan 20 min 200-ü təhsil haqqını dövlət hesabına, 126 min 173 nəfəri isə öz hesabına ödəyir.
Aparılan araşdırmalar göstərir ki, sadəcə 56 min 208 tələbə kredit üçün müraciət etmək üçün müvafiq şərtləri ödəyir", - nazir müavini deyib.
Nazir müavini deyib ki, akademik borcu olan tələbələrə təhsil tələbə krediti verilməyəcək. Çünki müraciət vaxtı son semestr üçün olan nəticələrə baxılır.
O bildirib ki, normativ təhsil müddətindən artıq təhsil alan tələbələrə də kreditlər verilməyəcək.
İ.İsayev eyni zamanda təhsili bitirəndən sonra işə düzələ bilməyən və krediti qaytara bilməyən tələbələrin aqibətindən də danışıb: "Biz istəmərik ki, hansısa tələbə işsiz qalsın. Ancaq qanunvericiliyə görə, əgər tələbə universiteti bitirdikdən sonra təhsil tələbə kreditini ödəyə bilməsə, bu vəsait məhkəmə qaydasında ondan alınacaq".
O əlavə edib ki, kreditin veriləcəyi müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır: "Ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə veriləcək bu müddət 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbəyə münasibətdə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsil pillələrinin subbakalavriat səviyyəsində təhsil alan tələbə münasibətdə 12-19 il ola bilər".
Nazir müavini qeyd edib ki, bu gündən kreditlərin verilməsi üçün müraciətlərin qəbuluna başlanılıb.
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var