Elm və təhsil
Bu müəllimlər işdən çıxarılacaq - Nazir
Təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarının ikinci mərhələsində də uğur qazanmayan və üzrsüz səbəbdən iştirak etməyən müəllimlərin əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalacağıq. Bu, qanunvericiliyin tələbidir.
Publika.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yeni tədris ili başlayanadək sertifikasiyanın müsahibə mərhələsinin keçirilməsi planlaşdırılır:
"Artıq müsahibə komissiyaları da yaradılıb. Müsahibə bəzi müəllimlərlə onlayn, bəziləri ilə isə üzbəüz olacaq. Çalışacağıq ki, müəllimlər bu ay əlavələrini ala bilsin".
Nazir həmçinin bəzi müəllimlərin test imtahanı mərhələsində sözləri səhv yazmaları məsələsinə də aydınlıq gətirib:
"Bu, hələ ilkin nəticələrdir, problemin niyə baş verməsi araşdırılmalıdır. Yəqin ki, müxtəlif səbəblər olacaq. Əminəm ki, əsas səbəb imtahanlar ilk dəfə keçirildiyindən yaranan həyəcan olub. Gördüyümüz odur ki, imtahan mərhələsində minimal balı toplayan müəllimlərin yarısından çoxu 25-28 bal toplayıb. Hansısa 2-3 bal həmin müəllimlərin uğur əldə etməsinə mane olub. Əminəm ki, bu aradan qaldırılacaq biləcək məsələdir. Bilirik ki, zəif nəticə göstərən müəllimlər üçün növbəti il də sertifikasiya imtahanı keçiriləcək. İnanırıq ki, təkmilləşdirmə kursları həmin şəxslərə kömək olacaq, həm həyəcanlarını dəf edə biləcək, həm də lazım olan 3-5 balı toplayacaqlar".
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz



































