Elm və təhsil
Şagirdlərə SƏRT QADAĞALAR: Bu, keçmişə qayıdışdır, yoxsa...
Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumi təhsil müəssisələrində şagird davranış Qaydaları” hazırlanıb. Burada daha çox maraq doğuran şagirdlərə geyim və xarici görünüşlə bağlı qoyulan qadağalardır.
Şagirdlərə tətbiq olunan qadağaların bəzilərini təqdim edirik: çox dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal qadağandır.
Bu qaydaları səmərəli çıxış yolu hesab etmək olarmı?
Mövzu ilə bağlı Publika.az-a danışan əməkdar elm xadimi, professor Şahlar Əsgərov yeni Qaydaların effektiv olmayacağını söyləyib:

“Şagirdlərin davranışı ilə bağlı yeni qaydaların hazırlanması əslində sevindirici haldır. Amma bunlar sadəcə qadağadır və heç bir effekti olmayacaq. Çünki qadağalar hərbidə əhəmiyyətlidir, məktəbdə isə aşkarlıq vacibdir. Ona görə də qadağanın tərəfdarı deyiləm. Bu qaydalar həm də keçmişə qayıdışdır. Təhsil işçilərini inzibati yoldan çəkinməyə və pedaqoji yolu tutmağa çağırıram. Əgər bu qadağalar təhsilin inkişafı ilə adekvat getsəydi, inzibatçılığa dözmək olardı. Bunu isə yaxın bir neçə ildə biləcəyik”.
Professor dünyanın inkişaf etmiş təhsil sisteminə malik ölkələrinin təcrübəsinə diqqət çəkib:
“Təhsil mürəkkəb sahədir. Bütün dünyada təhsil sistemi təqribən eyni cür struktura, idarəetməyə və məzmuna malikdir. Yüz il öncə bu cür qadağalar yox idi. Amma görün neçə nəsil insan yetişdirdi. Bəşəriyyət ictimai mənafeyin artımı istiqamətində inkişaf edir. Yəni beş yüz il əvvəl şəxsi və inzibati mənafe daha güclü idi, nəinki ictimai mənafe. Qadağalar götürülərək cəmiyyət inkişaf edir. Finlandiya, Yaponiya və Cənubi Koreya təcrübəsinə diqqət yetirsək görərik ki, orada qadağa tətbiq olunmur, əsas hədəf düşüncəni artırmaqdır. Misal üçün, yaponların Tərbiyə Manifestində 18 cümlə yer alıb. Onlardan iksini qeyd edim: “Əsla yalan danışma” və “Əsla oğurluq etmə”. Bunu təbliğ etmək necə gözəl olardı... Əslində, bu da qadağadır. Amma bunu şüuru, düşüncəni inkişaf etdirərək tətbiq edirlər”.
Akqabay Mıradov
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO









.jpg)

























