Gecə klubundan çıxıb dava etdilər: Maşını mağazaya çırpdı - VİDEO
Bizi izləyin

Hadisə

Gecə klubundan çıxıb dava etdilər: Maşını mağazaya çırpdı - VİDEO

Gecə klubundan çıxıb dava etdilər: Maşını mağazaya çırpdı - VİDEO

Neftçilər ərazisində gecə saatlarında baş verən hadisə ətrafdakıların diqqətini cəlb edib. İçkili olduğu iddia edilən sürücü avtomobili mağazalara çırpıb, daha sonra isə küçədə əlbəyaxa dava baş verib.

Publika.az Patrul.az-a istinadla xəbər verir ki, ilkin məlumata görə, gecə klubundan sərxoş vəziyyətdə çıxdığı bildirilən şəxs 10 DK 111 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən restoranın aşağı hissəsində yerləşən mağazalara çırpılıb.

Hadisə bununla da yekunlaşmayıb. Belə ki, gecə klubundan çıxan bir qadınla həmin şəxs arasında mübahisə yaranıb və tərəflər arasında qarşılıqlı fiziki qarşıdurma baş verib.

Şahidlərin sözlərinə görə, sərxoş olduğu iddia edilən şəxsi sakitləşdirmək ətrafdakılar üçün çətin olub. Hadisə zamanı həm avtomobilin mağazalara çırpılması, həm də küçədə baş verən əlbəyaxa qarşıdurma ətrafdakıların diqqətini cəlb edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm