Enerji
Ərəblər “neft müharibəsinə” başlayır, qiymət daha da enəcək
Vyanada OPEC+ formatında aparılan danışıqların uğursuz nəticələnməsinin ardınca Səudiyyə Ərəbistanı RusiyanIı Avropanın neft bazarından vurub çıxarmaq üçün hasilatı kəskin artırmağa hazırlaşır.
“Bloomberg”xəbər verir ki, Ər-Riyad hasilatı sutkada 10 milyon barrelə qaldırmağa qərar verib. Hazırda ölkədə neft hasilatının həcmi sutkada 9.3 milyon barreldir.
Xatırladaq ki, neft hasil edən ölkələr hasilatın azaldılmasına dair 2017-ci ildə əldə edilmiş razılaşmanın müddətini uzada bilməyiblər. Üstəlik Səudiyyə Ərəbistanının dünyada tüğyan edən koronavirus epidemiyasına görə hasilatın daha 1 milyon barrel azaldılması barədə təklifi Rusiya və Qazaxıstan tərəfindən qəbul edilməyib. Nəticədə dünya birjalarında neft kəskin ucuzlaşıb, “Brent” markalı neftin qiyməti 45 dollara qədər aşağı düşüb. Bu, neftin Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsində nəzərdə tutulmuş qiymətindən 10 dollar aşağıdır.
“Bloomberg” qeyd edir ki, Səudiyyə Ərəbistanı daha sonra hasilatı hətta sutkada 12 milyon barrelə qaldıra bilər. Bundan əlavə Ər-Riyad öz xam neftinin bəzi növlərini bazar qiymətindən 6-8 dollar ucuz təklif etməyə də hazırlaşır. Agentliyə məlumat verən mənbə deyib ki, Səudiyyənin “Saudi Aramco” şirkəti “Arab Light” markalı nefti Avropanın şimal-qərbindəki neftayırma zavodlarına 8 dollar ucuz təklif edib. Agentliyin söhbətləşdiyi treyderlər deyiblər ki, bu addım Rusiya şirkətlərinə Avropada neft satmağa mane olmaqdır.
Gözlənilir ki, Səudiyyə Ərəbistanının Rusiyaya qarşı bu “neft müharibəsi” dünya bazarında neftin daha da ucuzlaşmasına səbəb olacaq. Doğrudur, Rusiya OPEC+ anlaşmasının uzadılmamasından ildə on milyardlarla dollar itirəcək, amma buna baxmayaraq Rusiya neft şirkətləri hasilatı azaldıb bazardakı mövqelərini itirmək istəmirlər.(virtualaz.org)
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov







.jpg)


.webp)


.jpg)




















