Enerji
Yer kürəsində neftin tükənəcəyi tarix açıqlandı
Yer kürəsinin yeraltı enerji resursları 50 il sonra bitəcək.
Publika.az report-a istinadla xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Texnologiya Universitetinin rəhbəri və ölkənin Elmlər Akademiyasının üzvü Syue Sikun bildirib.
Alim qeyd edib ki, son 250 il ərzində dünyada yeraltı enerji mənbələrinin hasilatının artımı ilə üç sənaye inqilabı baş verib. Mütəxəssis bunu və dünya iqtisadiyyatının inkişaf templərini nəzərə alaraq, yaxın yarım əsr ərzində karbohidrogen resurslarının tükənəcəyini proqnozlaşdırır.
O, buna görə tərəqqinin indiki səviyyəsini saxlamaq üçün ənənəvi enerji daşıyıcılarını alternativ enerji mənbələri ilə əvəz etməyə çağırıb. Syue Sikun xüsusi halda Günəş enerjisini önə çəkib. Alim qeyd edib ki, bu, tükənməyən enerjidir.
Bundan başqa, o, kömürü və təbii qazı hidrogen yanacağı ilə əvəz etmək imkanını nəzərdən keçirməyi təklif edib.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO



































