İqtisadi gündəm
"Palmali" müflis elan edildi? - RƏSMİ AÇIQLAMA
“Palmali Holdinq”in müflis elan edilməsi barədə xəbər əsassızdır və şirkətin nüfuzuna zərər vermək məqsədi daşıyır.
Publika.az xəbər verir ki, bu barədə “Palmali” Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva məlumat yayıb.
“Belə qeyri-ciddi məlumatı yayan saytlar “Palmali” şirkətinin mövqeyini öyrənməyə heç cəhd etməyiblər. Bu da onların qeyri-peşəkarlığını və xəbərin sifarişli olmasını göstərir. Bunu tam məsuliyyəti və ciddiliyi ilə bildirirəm. Qısa müddət ərzində bununla bağlı ətraflı məlumat tərəfimizdən ictimaiyyətə açıqlanacaq”, - o bildirib.
Qeyd edək ki, Report xarici mediaya istinadla “Palmali Holdinq”in müflis elan edildiyi haqda məlumat paylaşıb. Bildirilir ki, şirkətin müxtəlif ölkələrin banklarına ümumilikdə 900 milyon ABŞ dollaradək borcu var. Belə ki, İngiltərə Ali Məhkəməsinin qəbul etdiyi qərar sadəcə "Palmali Holdinq" və Mübariz Mənsimovun şəxsini deyil, həm də sahib olduğu və əlaqəsi olduğu bütün aktivləri əhatə edir. Qurum Mübariz Mənsimov və şirkətin katibi Joanne Spiterin qərara əməl etmədiyi halda məsuliyyətə cəlb olunacağını və bütün aktivlərinin müsadirə ediləcəyini bildirib.
Xəbərdə qeyd olunub ki, məhkəmənin qərarına əməl olunmadığı halda dünya miqyasında M.Mənsimovun birbaşa və ya dolayısı ilə iştirak etdiyi bütün şirkətlərin hesablarının və aktivlərinin dondurulması və ticarət əməliyyatlarının qadağan edilməsi nəzərdə tutulur.
İngiltərə Ali Məhkəməsinin qərarına əsasən isə Mübariz Mənsimov və “Palmali Holdinq”in İngiltərə və Uelsdəki ümumilikdə 261,94 milyon dollarlıq aktivlərinə həbs qoyulduğu da iddia edilib.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı









.jpg)

.jpg)



.jpg)





















.jpg)

.jpg)