İqtisadi gündəm
“Palmali”nin müflis olması və Mənsimovun “borc bataqlığı” ilə bağlı daha bir RƏSMİ AÇIQLAMA
“Palmali Şirkətlər Qrupu”nun qurucusu və sahibi Mübariz Mənsimovun müflis olması barədə şirkətdən daha bir açıqlama gəlib.
Publika.az xəbər verir ki, bu barədə “Palmali”nin Mətbuatla əlaqələr şöbəsinin rəhbəri Fidan Quliyeva danışıb.
O bildirib ki, 31.05.2020-ci il tarixində bəzi xəbər qurumları və KİV-lərdə “Mübariz Mənsimov 900 milyon dollar borcla batdı” başlıqlı xəbərdə “Palmali Şirkətlər Qrupu” və təsisçimiz Mübariz Mənsimov Qurbanoğlu ilə bağlı bəzi xəbərlər və reallığa uyğun olmayan dəyərləndirmələr edilib:
“Əvvəllər də qeyd etdiyimiz kimi, təsisçimiz, hörmətli Mübariz Mənsimov Qurbanoğlu bir sıra yalan böhtanlara məruz qalaraq silahlı terror təşkilatına üzv olmaqda günahlandırılır və bununla əlaqədar İstanbul Baş Prokurorluğunda istintaq işi davam edir. Hər zaman qanunun aliliyinə inanan “Palmali Şirkətlər Qrupu” olaraq hörmətli Mübariz Mənsimov Qurbanoğlunun bu cinayətlə əlaqəsinin olmadığını və günahsızlığının, ilk gündə olduğu kimi, sübuta yetiriləcəyinə inamımız var”.
Mətbuat katibi əlavə edib ki, davam edən hüquqi prosesi manipulyasiyaya uğratmaq niyyəti, “Palmali Şirkətlər Qrupu”nu və hörmətli Mübariz Mənsimov Qurbanoğlunu gözdən salmaq məqsədi daşıyan bu əsassız xəbərlər Türkiyə iqtisadiyyatına və dəniz sənayesinə də mənfi təsir göstərməkdədir:
“Ardı-arası kəsilməyən və nüfuza xələl yetirmək məqsədi daşıyan bu cür mənfi əməllər bir daha göstərir ki, cənab Mübariz Mənsimov Qurbanoğlunun hazırda yaşadığı bu proses ona qarşı təşkil olunmuş böhtan və iftira kampaniyası ilə mübarizə prosesidir. Vurğulamaq istərdik ki, hörmətli Mübariz Mənsimov Qurbanoğlunun müflis olması, İngiltərə Ali Məhkəməsinin onun mülkünə qarşı qərar qəbul etməsi və “Palmali Holding Company Limited”in iflasa uğraması barədə xəbərlər qəti şəkildə həqiqəti əks etdirmir.
“Palmali Şirkətlər Qrupu”nun yüzlərlə şirkəti var. Malta şəhərində yerləşən “Palmali Holding Company Limited” şirkəti iflasa uğramayıb. “Palmali” Rostov və “Sberbank” arasındakı ticarət əlaqələri səbəbindən “Sberbank” tərəfindən “Palmali Malta” şirkətinə qarşı qərar qəbul edildi. Lakin bununla əlaqədar Palmali lazımi şikayətlərini edib. Hazırda məhkəmə prosesi davam edir. Bundan əlavə, “Palmali Holding Company Limited”in “Palmali”yə məxsus gəmisi yoxdur. Buna görə “Palmali Holdinq Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlı ölçü qərarı nə “Palmal”iyə, nə də cənab Qurbanoğlunun şəxsi aktivlərinə təsir edəcək”.
Fidan Quliyeva vurğulayıb ki, “Palmali Şirkətlər Qrupu” olaraq dünyada quru yük bazarı azalmağa başladığından, ilin əvvəlindən etibarən Almaniyanın maliyyə qurumlarından biri ilə strukturlaşma prosesi aparıldı:
“Buna görə şirkətin strateji qərarına uyğun olaraq, satış əməliyyatlarının qarşılıqlı anlaşma yolu ilə aparılması barədə qərar qəbul edildi. Bu proses bankla birlikdə izlənilir. “Palmali”nin strategiyasında öz gəmilərimizi filiallarımız vasitəsilə geri almaq ideyası da mövcuddur və şirkətin heç bir gəmisi ələ keçirilməyib. Buna görə də “Palmali Şirkətlər Qrupu” olaraq cənab Qurbanoğlunun rəhbərliyi altında şirkət əməliyyatları hər zamankı kimi davam edir. Bununla belə qeyd etməliyik ki, “Palmali Şirkətlər Qrupu”nun donanması yalnız yuxarıda qeyd etdiyimiz kimi, 6 gəmidən ibarət deyil.
İctimaiyyəti “Palmali Şirkətlər Qrupu”, xüsusən də Mübariz Mənsimov Qurbanoğlu haqqında qəsdən yayılan əsassız xəbərlərə inanmamağa hörmətlə çağırırıq”.
-
Hadisə10:33Bu yolda qaya uçdu: Hərəkət dayandı
-
Hadisə09:45Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
-
MDB09:13Rusiya ordusunda qalmaqal və arvad xəyanəti: Məşhur pilot intihar edib?
-
Ekopublika.az08:37Bir sıra dövlətlərin mərkəzi bankları qızıl ehtiyatlarını azaltmağa başladılar - Nə baş verəcək?
-
MDB07:15Rusiyada miqrantlarla bağlı sərt qərar
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq



















.jpg)


















