İqtisadi gündəm
Neftin qiymətini standart saxlamaq olmur: Sızan informasiyalar... - PROQNOZ
Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb. Londonun “ICE Futures” (“Intercontinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,33 dollar artaraq 40,32 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,19 dollar bahalaşaraq 37,60 dollar təşkil edib.
Publika.az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban neftin artım dinamikasını qiymətləndirib. O qeyd edib ki, qiymət artımını iki amil şərtləndirib:
“İyunun 3-dən neftin qiyməti 40 dolları keçdi. Bu, iki səbəbdən qaynaqlanır. Birinci amil OPEC+ ilə bağlıdır. OPEC+ iclasının keçirilmə vaxtı dəyişdirildi. Bundan əlavə, iyun ayının 1-dən kvotalar may ayı üzrə yüksək dəyərləndirilib və təsdiq olunub. Həmin kvotaların sentyabrın 1-nə qədər uzadılması informasiyasının sızması da qiymət artımına təsir etdi. İkinci amil isə ABŞ-da neft hasilatının azalmasıdır. Orada hasilat 11,2 milyon barelə düşdü. O cümlədən neft ehtiyatlarının azalması ilə bağlı ABŞ-ın Enerji İnformasiya Administrasiyasının məlumatları qiymətə təsir etdi. Ötən gün isə neftin dəyəri 1 dollar aşağı düşdü. Çünki OPEC+ ilə bağlı bu informasiyalar hələ də öz təsdiqini tapmayıb. Yəni bu amillər neftin qiymətini qaldırıb. Ancaq o qiymətləri standart vəziyyətdə saxlamaq olmur. Ümid var ki, həqiqətən də bunu uzadacaqlar və hər şey yaxşı olacaq. Hələ ki, qiymət 40 dollar ətrafında davam edəcək. Sonrakı vaxtlarda bunun necə olacağını bazardakı vəziyyət göstərəcək”.
Ekspert bildirib ki, qarşıdakı müddətdə artım dinamikasının olub-olmayacağı bazara daxil olan informasiyadan asılıdır: “Neftin qiyməti hər gün dəyişir. İqtisadiyyata rüblük və illik qiymətlər təsir edir. Proqnoz etmək olar ki, ilin birinci yarısında - iyun ayında qiymət 40 dollar ətrafında olarsa, orta qiymət 45 dollar olacaq. 45 dollar isə büdcədən 55 dollar dəyərində götürülür. Bu mənfi 10 dollara bərabərdir”.
Akqabay Mıradov
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



















.jpg)
.jpg)






