İqtisadi gündəm
Gömrük Əməkdaşlıq Komitəsinin iclası keçirildi - FOTO
Sentyabrın 8-də Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində videokonfrans formatında Gömrük Əməkdaşlıq Komitəsinin 19-cu iclası keçirilib.
Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, iclasda Azərbaycan, Çin, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan gömrük xidmətlərinin nümayəndələri, Asiya İnkişaf Bankı, CAREC İnstitutu, CAREC katibliyi, o cümlədən Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Yol Nəqliyyat Birliyi, Global Express Assosiasiyası, Beynəlxalq Ticarət Mərkəzinin ekspertləri iştirak ediblər.
Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov iclasda çıxış edərək DGK-nın həyata keçirdiyi layihələrdən danışıb, “Yaşıl dəhliz” buraxılış sisteminin əhəmiyyəti, elektron xidmətlərin inkişafı və digər yeniliklər barədə məlumat verib. O qeyd edib ki, bu gün ölkəmizdə gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi məsələləri tam avtomatlaşdırılıb, gömrük bəyannamələrinin təqdim edilməsi, gömrük ödənişlərinin həyata keçirilməsi, gömrük orqanlarına müraciətlərin izlənilməsi kimi xüsusi əhəmiyyət kəsb edən xidmətlər tam kağızsız texnologiyalar əsasında qurulub. Tranzit prosedurlarının elektronlaşmasının ölkənin tranzit potensialının artmasında xüsusi rol oynadığını, gömrük orqanlarının bu sahədə aktiv fəaliyyət göstərdiyini vurğulayan DGK sədrinin müavini bildirilib ki, tranzit prosedurlarının elektronlaşdırılması istiqamətində həyata keçirilən layihələrdən biri də Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS) layihəsidir ki, bu da tranzit əməliyyatları üzrə gömrük zəmanət zəncirinn təşkili, Vahid İnzibati Sənədləşmənin (SAD) tətbiqi yolu ilə tranzit daşımaları zamanı gömrük məqsədləri üçün tələb olunan sənədlərinin sayının minumuma endirilməsi, bütün tranzit marşrutu üzrə məlumatların əvvəlcədən elektron qaydada mübadiləsi vasitəsilə risklərin təhlili və qiymətləndirlməsinin sürətləndiriməsinə imkan yaradacaq. Bu sistemin tətbiqi, həmçinin ixracın təşviqi istiqamətində Azərbaycan Respublikasında istehsal olunan “Made in Azerbaijan” brendli malların NCTS üzvü olan Avropa ölkələrinin bazarlarına çıxışı və təyinat yerlərinə çatdırılması prosesində olduqca əlverişli şəraiti təmin edəcək.
İclas zamanı Cavad Qasımov, həmçinin koronavirus (COVİD-19) pandemiyasının sürətlə yayılmasının qarşısının alınması və törədəcəyi fəsadların aradan qaldırılması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sosial müdafiənin gücləndirilməsi istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi islahatlar və göstərişlər çərçivəsində gömrük xidməti tərəfindən görülən aidiyyatı tədbirlər haqqında da məlumat verib. Qeyd edilib ki, ilkin olaraq gömrük əməkdaşlarının fəaliyyət göstərdiyi, vətəndaşların və nəqliyyat vasitələrinin keçdiyi ərazilər, eləcə də yoluxma riski olan digər yerlər mütəmadi dezinfeksiya olunaraq, yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları dayandırılıb, gömrük-sərhəd keçid məntəqələrində sanitariya nəzarətinin gücləndirilməsi məqsədilə DGK-nın Tibbi Xidmət İdarəsi tərəfindən “Koronavirus (COVİD -19) pandemiyası zamanı gömrük işçilərinin sanitar–gigenik davranışları üzrə Metodiki Tövsiyə” hazırlanaraq əməkdaşların istifadəsinə verilib.
Qeyd edək ki, 4 sessiyadan ibarət iclasda bütün ölkələrin təmsilçiləri çıxış edərək mövcud vəziyyəti təhlil ediblər. Sessiyalarda əsasən “Koronavirus pandemiyası müddətində və sonrasında ticarətin asanlaşdırılmasının əhəmiyyəti, gömrük orqanlarının rolu”, “Gömrük qanunvericiliyinə, qaydalarına dair islahatlar və koronavirus pandemiyasına qarşı həyata keçirilmiş müvəqqəti tədbirlər”, “Gömrük Əməkdaşlıq Komitəsinin iş planı üçün qısa və orta müddətli məsələlər üzrə təkliflər”, sentyabrın 3-də “Elektron və kağızsız ticarət” mövzusunda keçirilmiş vebinarın nəticələri və digər mövzular müzakirə edilib.
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz